“Neftçi” “Sumqayıt”a qarşı

Bu gün Topaz Premyer Liqasında VI tura yekun vurulacaq. Son oyun günündə 1 qarşılaşma baş tutacaq.
Turun son matçı Bakıda baş tutacaq. Turnir cədvəlinin aşağı pillələrində qonşu olan “Neftçi” və “Sumqayıt” paytaxt təmsilçisinin meydanında üz-üzə gələcək.
Ardıcıl 4 məğlubiyyət almaqla, ölkə çempionatlarındakı antirekordunu müəyyənləşdirən “ağ-qaralar” bu matça dönüş nöqtəsi kimi baxır. Özü üçün uğurlu olmayan “Əlıncə arena”ya çıxacaq bakılılar yeni baş məşqçisi Elxan Abdullayevlə ilk xalını əldə etmək niyyətindədi.
“Sumqayıt” isə cəzalı baş məşqçisi Samir Abasovun yoxluğunda 4 matçlıq qələbəsizliyə son qoymalıdı. Qələbə ilə 1 pillə ilə irəliləyəcək “Gənclik şəhəri” təmsilçisi autsayderlərlə xal fərqini də artıracaq. Məğlubiyyət isə “Sumqayıt”ı 7-ci pilləyə yuvarlayacaq.
Topaz Premyer Liqası
VI tur
27 sentyabr (çərşənbə axşamı)
19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
“Əlincə Arena”
1.
Qəbələ
6
5
1
0
17-0
16
2.
İnter
6
4
2
0
11-6
14
3.
Qarabağ
6
4
1
1
15-3
13
4.
Kəpəz
6
1
4
1
6-6
7
5.
Zirə
6
2
0
4
4-8
6
6.
Sumqayıt
5
1
1
3
3-7
4
7.
Neftçi
5
1
0
4
3-14
3
8.
AZAL
6
0
1
5
2-17
1
Bombardir: Baqali Dabo (“Qəbələ”) – 6

 

mənbə: apasport.az

89 baxış