Ronaldonu transfer etmək üçün ofisiant cildinə girən prezident

“Barselona” 1996-cı ildə əfsanəvi Ronaldonu necə transfer etmişdi? Klubun keçmiş prezidenti Joan Qaspar bununla bağlı maraqlı açıqlama verib:

“Ronaldonun transferi ilə bağlı PSV ilə aparılan danışıqlar elə də çox vaxtımı almadı. Məbləğ 15 millyon avro müqabilində idi. Lakin kiçik bir problem oldu – braziliyalıdan 15 iyul tarixinə kimi razılıq alınmalı idi. Əks halda razılaşma qüvvədən düşərdi.

PSV Ronaldonu itirmək istəmirdi və Braziliya Futbol Federasiyasına müraciət edərək “Barselona” təmsilçisinin Ronaldo ilə görüşünə mane olmasına çalışırdı.

İki mühafizəçi mənim Ronaldoya yaxın buraxılmamağım üçün təlimatlandırılmışdı. Mən oteldə işləyən ispan ofisiantla qarşılaşdım. Ondan formasını və Coca-Cola butulkası olan bir padnosu mənə verməsini xahiş etdim.

Paltarımı dəyişdim və mühafizəçilərə nömrələrdən birində futbolçunun içki sifariş verdiyini dedim. Məni buraxdılar, dərhal lazımi mərtəbəyə qalxdım və qapını döydüm. Ronaldo qapını açdı. O, düşünmədən çarpayının üzərinə oturdu və razılaşmanı imzaladı”.

futbolinfo

2,941 baxış