San-Marino çempionatında top daşıyan baş məşqçi (FOTOLAR)

Bəzən cırtdan ölkələrin futbolçuları adi həyatda poçtalyon, həkim, sürücü kimi peşələrin sahibi olurlar. Lakin San-Marinonun “Kaylunqo” klubunun baş məşqçisi daha irəli gedib və futbola aid iki müxtəlif peşəni yerinə yetirməyə qərar verib.

Əvvəlcə 2 gün sonra yığmamızın qonaq olacağı stadionla tanış olun – Serravale Olimpiya Stadionu.

1

Matçların anons lövhəsi, son 2-3 ildə yenilənmir…

2

Stadionun yanında “San-Marino qran-pri”sində 1994-cü ildə həlak olan Ayrton Sennanın memorialı qoyulub.

3

San-Marinoda əsas idman növlərindən biri beysboldur, stadion bu idman növü üzrə yarışlar üçün də istifadə olunur.

4

“Kosmos”-“Kaylunqo” matçına yığışmış çoxsaylı azarkeşlər.

6

Matç başlayır. Sol küncdə “Kaylunqo”nun baş məşqçisinə diqqət…

5

Matçın 30-cu dəqiqələri gedir və o, öz postunu tərk edib harasa gedir…

7

Gedir…

8

Meydandan kənara düşən topları yığmaq üçün topdaşıyan uşaqlar olmadığından bu funksiyanı komandanın baş məşqçisi yerinə yetirməli olur.

9

Daha bir topu götürür…

10

Fasilə vaxtı yaxınlaşdığından məşqçi olduğu yerdən komandasını idarə edir və rahat istirahətə yollanır.

11

hazırladı: Ruslan Mirzəliyev

106 baxış