Qvardiola ulduz futbolçunu heyətdən kənarda qoydu

Offside.com.az xəbər verir ki, “Mançester Siti” Çempionlar Liqası üçün sifariş ərizəsini UEFA`ya təqdim edib.
Pep Qvardiola “Mançester Siti”nin liderlərindən olan Yaya Tureni heyətə daxil etməyib. Baxmayaraq ki Yaya Ture pley-off mərhələsinin cavab oyununda 90 dəqiqə meydanda mübarizə aparmışdı. Hələ “Barselona” dönəmində Yaya Ture məhz Qvardiolaya görə katalon təmsilçisindən ayrılmışdı.
21 nəfərlik heyət:
Qapıçılar: Klaudio Bravo, Villi Kabalyero
Müdafiəçilər: Bakari Sanya, Vensan Kompani, Pablo Sabaleta, Aleksandr Kolarov, Qael Klişi, Con Stounz, Nikolas Otamendi
Yarımmüdafiəçilər: Fernando, Rahim Sterlinq, İlkay Gündoğan, Xesus Navas, Kevin de Bryuyne, Fabian Delf, Leroy Sane, David Silva, Fernandinyo
Hücumçular: Nolito, Serxio Aquero, Keleçi İxeanaço
Qeyd edək ki, Qvardiolanın gəlişindən sonra Samir Nəsri, Jo Hart, Vilfred Boni və Elakim Manqala kimi futbolçular icarəyə göndərilib.
81 baxış