Arxiv: “Turan” – “Fənərbaxça” (NADİR FOTOLAR)

Bir çox oxucumuzun xəbəri var ki, Avrokuboklarda ölkəmizin ilk təmsilçisi 1993-94 mövsümünün çempionu “Turan” (Tovuz) olub.

Həmin mövsüm Azərbaycanın əmsalına görə çempion UEFA kubokunda yarışmalı olub və klubumuzun rəqibi “Fənərbaxça” olub. Türkiyədə keçirilən ilk görüş meydan sahiblərinin 5:0 qələbəsi ilə başa çatıb. Cavab görüşündə yenidən sevinən tərəf türklər olub, bu dəfə – 0:2.

Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda baş tutan cavab oyununu komandalar bu heyətlə keçiriblər:

“Turan”: Nizami Sadıqov, Hüseynqulu Quliyev, Gennadi Drozdov, Azad Mütəllimov, Sakit Alıyev, Məqsəd Yaqubəliyev, Vəli Hüseynov (Mirbağır Isayev 73), Vidadi Rzayev, Rüfət Quliyev (Bəxtiyar Musayev 73), İlham Məmmədov, Qurban Qurbanov

395 baxış