“Sauthempton”dan rekord transfer

Offside.com.az xəbər verir ki, “Sauthempton” klubu bu gün “Lill”dən Stefan Bufalı transfer etdiklərini açıqlayıblar.
Klubun rəsmi saytının məlumatına görə oyunçu ilə 5 illik müqavilə bağlanılıb. Oyunçunun transfer məbləği açıqlanmasa da bunun klub tarixininin rekordunu yenilədiyi ehtimal olunur. 23 yaşlı Bufal Fransa Çempionatında ötən mövsüm 29 matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalmışdı.
80 baxış