Mourinyo 1 milyardı kimlərə xərclədi

2004-cü ildə Joze Mourinyonun “Porto”dan “Çelsi”yə keçidindən sonra “The Special One”-nin çalışdırdığı komandalar transferlərə ümumilikdə 1 milyard avrodan çox pul xərcləyib. Bəs bu pullar kimlərə xərclənib?

 

“ÇELSİ” (2004-2007) – 335,6 milyon avro

2004-2005-ci illər mövsümü – 131,5 milyon avro
Daxili arenada son 50 ildəki “Çelsi”nin ilk uğuruna çoxlu maraqlı oyunçuların transferləri də təsir etmişdir. Didiye Droqba (38,5 milyon), Rikardo Karvalyo (30 milyon) və Petr Çex hansı ilə ki, müqavilə hələ Mourinyo gəlməmiş imzalanmışdı. Təbii ki, uğurlu transferlərdən başqa Mateya Kejman (5,5 milyon), İrji Yaroşik (3 milyon) kimi uğursuz transferlər də aparılmışdı.
2005-2006-ci illər mövsümü – 91,2 milyon avro
“Çelsi” titulunu qoruya bildi, amma artıq ondan Çempionlar Liqasında da uğurlu çıxış gözlənilirdi. “Olimpik” Liondan Maykl Esyen üçün xərclənmiş 38 milyon hədər getməsə də, Şon Rayt Fillipps üçün ödənişlmiş 31,5 milyon avro özünü doğrultmadı.
2006-2007-ci illər mövsümü – 88,4 milyon avro
“Qızıl Top” sahibi Andrey Şevçenkonun (43,3 milyon) tez-tez zədələnməsi, hücumu gücləndirə bilməmiş Solomon Kalu və müdafiənin mərkəzini gücləndirə bilməmiş Xalid Bulahruz transfer kampaniyasının uğursuzluğundan xəbər verirdi. Amma Con Obi Mikel (20 milyon), Eşli Koul (Qallas + 5 milyon), Mixail Ballak transferləri isə komandaya uğur gətirdi.
2007-2008-ci illər mövsümü – 24,5 milyon avro
19 milyonluq forvard Floren Maluda, “Barselona”dan transfer edilən  və bir neçə il sonra Braziliyaya yollanan müdafiəçi Belleti (5,5 milyon) Mourinyoya postunu qorumağa köməklik etmədi.

 

“İNTER” (2008-2010) – 150 milyon avro

2008-2009-cu illər mövsümü – 57 milyon avro
İlk transfer pəncərəsini Mourinyo üçün uğursuz hesab etmək olur. Rikardu Kuarejma (24,3 milyon), Luis Ximenez və Mansini əsas heyətə düşməkdə çətinlik çəkməyə başladı. Hardasa uğurlu keçid kimi Salli Muntarini (14,8 milyon) saymaq olar.
2009-2010-cu illər mövsümü – 93 milyon avro
Bu dəfə transferə daha diqqətli yanaşan Mourinyo dəqiq transferlərlə nəinki daxili arenada uğur qazandı, həmçinin Çempionlar Liqasını da ikinci dəfə əldə etdi. Diyeqo Milito (25 milyon), Uesli Sneyder (15 milyon), Samuel Eto’o (20 milyon), Tiaqo Motta (10 milyon) komandanın uğurunda böyük pay sahibləri oldu.

 

“REAL” MADRİD (2010-2013) – 181,5milyon avro

2010-2011-ci illər mövsümü – 93 milyon avro
“Çelsi”yə keçidində olduğu kimi bu dəfə də Mouinyo bir qrup oyunçu transfer edərək komandanın skeletini təşkil etdi. Sami Xedira (14 milyon), Mesut Özil (18 milyon), Anxel di Maria (33 milyon). Lakin uğursuz transferlər də çox idi (Pedro Leon, Kanales, Karvalyo – cəmi 24 milyon)
2011-2012-ci illər mövsümü – 55 milyon avro
Gözlənilənlərin əksinə olaraq komandanın əsas uğuru heç də Fabio Koentrau (30 milyon) və Nuri Şahin (12 milyon) olmadı. Bu gənc Rafael Varan (8 milyon) oldu. Amma əsas olan hədəf “Barselona”nın önünə keçmək alındı.
2012-2013-ci illər mövsümü – 33,5 milyon avro
Bu dəfə transferə daha az pul sərf edən kral klubu çox lazımı iki oyunçu transfer etmiş oldu. Luka Modriç (30 milyon) və Diyeqo Lopez (3,5 milyon) hansı ki, İker Kasilyası layiqli əvəz edə bilirdi.

 

“ÇELSİ” (2013-2015) – 353,95 milyon avro

2013-2014-ci illər mövsümü – 130,35 milyon avro
“Çelsi”yə qayıdan kimi Mou titul uğrunda mübarizəyə girişsə də, yalnız son turlarda onu əldən vermiş oldu. İl ərzində isə bu futbolçular əldə edilmişdi.
Villian (35,5 milyon), Andre Şürle (22 milyon), Marko van Ginkel (9,4 milyon), Nemanya Matiç (25 miylon), Kurt Zuma (14,6 milyon), Mohamed Salah (16,5 milyon)
2014-2015-ci illər mövsümü – 137,7 milyon avro
İngiltərədə dubl etsə də, Çempionlar Liqasında mübarizəni tez dayandıran “Çelsi” bu transferləri uğurlu olmuşdu. Diyeqo Kosta (38 miylon), Sesk Fabreqas (33 miylon). Lakin Kuadrado (31 miylon), Felipe Luis (20 miylon), Loik Remi (13,2 miylon) kimi transferlər özünü doğrultmadı.
2015-2016-ci illər mövsümü – 85,9 milyon avro
Gələcək üçün edilən Kennedi (8 milyon) və Abdul Baba (20 miylon) kimi transferlər bəlkə də bir zaman uğur gətirəcək kluba. Amma Pedro (27 miylon), Falkao (7 miylon, icarə), Beqoviç (11 miylon) kimi transferlər özünü doğrultmadı və Mou ikinci dəfə klubdan qovuldu.

 

“MANÇESTER YUNAYTED” (2013-2015) – 182 milyon avro

2016-2017-ci illər mövsümü – 182 milyon avro
Pol Poqba (105 milyon), Henrix Mixtaryn (42 milyon) və Erik Bayi (28 milyon) kimi transferlərin kluba uğur gətirəcəyi gözlənilir. Amma təbii ki, bu yayın əsas transferi kluba pulsuz gələn Zlatan İbrahimoviçdir.

CƏMİ: 1 milyard 203 milyon avro (2004-2016)

133 baxış