“Atletiko” türk yarımmüdafiəçini istəyir

“Bayer”in futbolçusu Hakan Çalhanoğlu yenidən “Atletiko”nun maraq  dairəsinə düşüb.

Madrid klubunun baş məşqçisi Dieqo Simeone türk yarımmüdafiəçinin transfer olunmasını istəyir.  Bununla bağlı “Atletiko” “Bayer”lə danışıqlara başlayıb.

Qeyd edək ki, ötən mövsüm də İspaniya klubu H.Çalhanoğlu ilə maraqlanırdı. Ancaq təzminat məsələsinə görə tərəflər arasında razılıq əldə olunmamışdı.

Əlavə edək ki, H.Çalhanoğlu ötən mövsüm “Bayer”də 44 oyunda 7 qol vurub və 11 qolun ötürməsini verib.

mənbə: qol.az

41 baxış