Qvardiolanın söndürdüyü 6 ulduz

İngiltərənin “Mançester Siti” klubunu çalışdıran Pep Qvardiola indidən komandada görmək istəmədiyi bir çox ulduzu heyətdən kənarlaşdırıb. İspaniyalı çalışdırıcı Samir Nəsridən sonra İngiltərə milli komandasının və “Siti”nin əfsanəsinə çevrilən Co Hartı da heyətdə görmək istəmədiyini açıqlayıb. Pepin karyerası ərzində, onun heyətinə düşə bilməyən və sönən 6 ulduzu təqdim edirik.

1. Ronaldinyo

Pepin sükanı arxasına keçdiyi “Barselona” formasını tərlədən Ronaldinyo bir müddət sonra formadan düşərək “Milan”a transfer olundu. Formada olmasına baxmayaraq yaxşı oyun göstərməyi bacaran ulduz futbolçunu komandadan göndərmək “hər kişinin işi” deyildi. Ancaq Pep onunla ilə yolları ayırdı və Ronaldinyo 35 milyon avro qarşılığında başqa bir Avropa nəhənginə transfer olundu. İddialara görə Ronaldinyo gecə həyatına düşkün biri idi və bu Pepin prinsiplərinə tamamilə zidd idi.

2. Deko

2004-cü ildə “Barselona”ya qoşulan Deko klubun dünyaşörətli kluba çevrilməsində öz faydalarını əsirgəməmiş və onun transferindən əvvəl Kataloniya təmsilçisi UEFA Kubokunda “Seltik” tərəfindən mübarizədən kənarlaşdırılmışdı. “Porto”dan “Barsa”ya gəldikdən 1 il sonra La Liqa çempionluğu yaşayan Dekonun üstündən Pepin mərkəz xəttini İniyesta və Xavi ilə qurmaq fikrindən sonra xətt çəkildi. Və o da Ronaldinyo ilə eyni vaxtda klubdan ayrılaraq “Çelsi”nin yolunu tutdu.

3. Yaya Ture

Yaya Ture 2010-cu ildə “Mançester Siti”yə satılmamışdan önə Frank Raykardın başçılıq etdiyi “Barselona”da mərkəz xəttinin əvəzolunmaz siması idi. Performansının qənaətbəxş olmasına baxmayaraq Pep onunla keçirdiyi 2 mövsümdən sonra, onun yerinə Sexio Busqestin gətirilməsinin vacib olduğu bildirdi və Ture 6 il bundan əvvəl 30 milyon avro qarşılığında “Siti”yə transfer olundu. Bu ikilinin yolu bu mövsüm “Siti”də də qarşılaşdı ancaq bu dəfə də Pep Tureni “Sanderlend” ilə görüşün heyətinə salmayıb.

4. Samuel Eto

Raykardın məşqçiliyi dövründə İspaniya ikinci liqa komandası “Malyorka”dan “Barselona”ya transfer olunan Samuel Eto da Pepdən öz “payını” alan futbolçulardandır. Çalışdırıcı, 2008-ci ildə Kamerunlu futbolçunu Deko və Ronaldinyo ilə birlikdə satmaq istəmiş ama  Eto komandada qalmaq istədiyini bildirmişdi. “Barsa”da qalıb UEFA Çempionlar Liqasında möhtəşəm qollara imza atmasına baxmayaraq həmin ilə Eto tarixin ən bahalı transferlərindən birində “barter” olunmaqdan yaxa qurtara bilməmişdi. Belə ki, “Barselona” Samuel Eto + 70 milyon avro müqabilində Zlatan İbrahimoviçi “İnter”dən rənglərinə bağlamışdı.

5. Zlatan İbrahimoviç

2009-cu ildə 70 milyon avro və Samuel Eto qarşılığında “İnter”dən “Barselona”ya keçən Zlatan İbrahimoviçin transferi, eyni il rəqib “Real” Madridin həyata keçirdiyi Kaka və Kriştiano Ronaldo transferlərinin yanında kölgədə qalmışdı. Ancaq yenə də insanların bu transferdən çox böyük gözləntiləri var idi, gözləntilər isə puç oldu. Belə ki, İsveçli ulduz komadanın sisteminə uyğunlaşa bilmədi və Pep ilə xarakterləri də üst-üstə düşmədi. Komandada qaldığı müddətdə Pep ilə sərt mübahisələrə girən İbra üçün son hədd 2010-cu il UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşması oldu. Joze Mourinyonun başçılıq etdiyi, Zlatanın köhnə komandası  “İnter”ə rəqib olan  kataloniyalıların məşqçisi Pep, çox yaxşı oyun göstərməsinə baxamayaraq Zlatanı oyundan çıxararaq Xerard Pikeni oyuna salmışdı. 35 yaşlı forvard həmin il icarə əsasında “Milan”a keçmiş, 2011-ci ildə isə 35 milyon avro qarşılğında italyan nəhənginə transfer olunmuşdu.

6. Bastian Şvaynştayger

Pep 2008-2012-ci illər aralığında 14 kubok qazandığı klubu tərk edərək “Bundesliqa” nəhəngi “Bavariya”nın sükanı arxasına keçdi. Onun gəlişinə qədər Münhen təmsilçisində işin böyük qismi Bastianın üzərinə düşürdü.Komandanın və azarkeşlərin “gözbəbəyi” olan Şvaynştaygerin oyun tərzi Pepi qanə etmədi və Pep futbolçunun yerini laxlatmağa başladı. Ancaq bu “Barselona”dakı qədər təbii qarşılanmadı, çünki Alman panzeri Qvardiolaya qədər 8 dəfə Bundesliqanın qalibi olmuş və 2013-cü ildə “Borussiya” Dortmund ilə UEFA Çempionlar Liqasının finalında klubuna kuboku qazandırmışdı. Azarkeşlər bu qərarı birmənalı qarşılamasa da, Pep onu “Mançester Yunayted”ə göndərməyə və onun yerini Tiaqo Alkantaraya verməyə nail oldu.

Pepin növbəti qurbanları isə Samir Nəsri və Co Hart olacaq…

Tərcümə : Orxan İsmayılov
Müəllif : Buke Narin

226 baxış