500.000 Avroluq azərbaycanlı futbolçu (Araşdırma, Video)

Azərbaycan yığması Təl-Əvivə getdi, səfər heç-heçəsi ilə qayıtdı. Bundan 1 gün sonra isə iki ölkənin U-21 yığmaları qarşılaşdı. Meydan sahibləri komandamıza qarşı çox aqressiv davrandılar – 7:2! Meydanda qalib tərəfdə Əmir Ağayev də var idi. 72-ci dəqiqədə əvəzlənən yarımmüdafiəçi bu vaxta qədər artıq qapımıza vurulan 2 topun ötürməsini verməyə imkan tapmışdı…

Əmir Ağayev 1992-ci ildə İsraildə azərbaycanlı ailəsində anadan olub. Futbola hücumameyilli yarımmüdafiəçi kimi başlayıb, hələ indiyə kimi də həmin mövqedə çıxış edir. “Bney Yehuda”nın futbol məktəbini keçən Əmir 2011-2016 illər arasında 116 oyundan 18 qol vurub.  İsrailin U-18, U-19-da üst-üstə 19 oyuna çıxıb və 6 dəfə fərqlənə bilib. U-21 yığmasında da 6 matç keçirib, 1 qol vurub. O, sadəcə əsas yığmada debüt etməyə vaxt tapmayıb və bu amil onun Azərbaycan yığmasına yolunu açır.

Bu yay yarımmüdafiəçi Kiprin 20 qat çempionu “Omoniya”ya transfer olunub və artıq “Panatinakos”a qol da vurub. Transfermarktın 500.000 Avro dəyər verdiyi futbolçunu cəld tərpənib yığmaya dəvət etmək yaxşı olardı.

 

428 baxış