“Napoli” lideri ilə yeni müqavilə imzaladı

Offside.com.az xəbər verir ki, “Napoli” klubu komandanın lideri hesab olunan slovakiyalı futbolçu Marek Hamşiklə müqavilə müddətini artırıb.
Belə ki 29 yaşlı futbolçu ilə daha 4 illik müqavilə imzalanıb. O, “Napoli” ilə 2 dəfə İtaliya kubokunu, 1 dəfə isə İtaliya superkubokunu qazanıb.
Qeyd edək ki, neapol təmsilçisinin heyətində 319 oyuna çıxan Hamşik 81 qol vurmağı bacarıb.
77 baxış