Ronaldinyonun “Real”a keçidi haqqında inanılmaz hekayə

Andres İnyesta Ronaldinyo ilə bağlı maraqlı bir xatirə bölüşüb:

“El Klasikodan bir neçə gün qabaq, gecə saatlarında Ronaldinyo mənə zəng etdi və dedi:

“Andres, mən bilirəm ki, artıq gecə saat 3-dür, ancaq sənə bir şey deməliyəm. İyulda mən “Barselona”nı tərk edib “Real”a keçməliyəm. Onlar mənə böyük  məbləğdə pul təklif ediblər, mən isə razılaşmaya bilmədim. Sən hələ cavansan, amma ümid edirəm ki, məni başa düşürsən. Ancaq xahiş edirəm, heç kimə bu barədə xəbər vermə, mən sənə hamıdan çox inanıram, peşman etmə məni. Gecən xeyrə, Andres!”

Mən heç cavab verməyə çatdırmadım. Növbəti gün məşq mərkəzimizdə çox enerjili ab-hava hökm sürürdü. Hamı qeyri-adi özünü aparırdı və Ronaldinyo ilə mehribancasına davranırdılar. Bir gün sonra Klasiko idi, biz “Santyaqo Bernabeu”nun soyunma otağında idik. Və bu zaman Ronni danışmağa başladı:

“Uşaqlar, bu gün bizi çox vacib matç gözləyir. Onlar çox güclüdülər. Amma son günlər bizim necə güclü ailə olduğumuzu anladım. Mən sizin hər birinizə zəng etdim və dedim ki, iyulda “Real”a keçəcəm. Sizdən heç biriniz başqasına bu barədə demədiniz. Mən “Barsa”da uzun illər qalacam. İndi isə gəlin meydana çıxıb onlara dərs verək.”

Həmin axşam Ronaldinyo öz karyerasının ən yaxşı oyunlarından biri keçirdi və ulduz heyətli “Real”ın qapısından 2 qol keçirdi. Oyundan sonra yerli fanatlar da Ronaldinyonu alqışlayırdılar.”

 

124 baxış