Çempionlar Liqasında pley-off”un püşkü atıldı

Offside.com.az xəbər verir ki bu gün Çempionlar Liqasının  pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Viktoriya” Pilzenin rəqibi Bolqarıstanın “Ludoqorets klubu olub. Bütün cütlükləri təqdim edirik.
“Ludoqorets” (Bolqarıstan) – “Viktoriya” (Çexiya)
“Seltik” (Şotlandiya) – “Hapoel” (Beyer-Şeva, İsrail)
“Kopenhagen” (Danimarka) – APOEL (Kipr)
“Dandalk” (İrlandiya) – “Legiya” (Polşa)
“Dinamo” (Xorvatiya) – “Zalsburq” (Avstriya)
“Styaua” (Rumıniya) – “Mançester Siti” (İngiltərə)
“Porto” (Portuqaliya) – “Roma” (İtaliya)
“Ayaks” (Hollandiya) – “Rostov” (Rusiya)
“Yanq Boyz” (İsveçrə) – “Borussiya” (M, Almaniya)
“Vilyarreal” (İspaniya) – “Monako” (Fransa)
Qeyd edək ki, bu mərhələnin ilk görüşləri avqustun 16 və 17-də, cavab oyunları isə 23 və 24-də baş tutacaq.

 

53 baxış