Antonio Kandrevanın yeni klubu müəyyənləşdi

Offside.com.az xəbər verir ki, “Latsio” klubundan ayrılan Antonio Kandreva Milan şəhərinə üz tutub.
Belə ki, 29 yaşlı futbolçu tibbi müayinədən keçərək “İnter”in sıralarına qoşulub. Karyerası ərzində ancaq “Serie A”da çıxış edən futbolçu ilə 4 illik müqavilə imzalanıb. Kandrevanın transfer qiyməti isə hələ açıqlanmayıb.
Qeyd edək ki, 2012-2016-cı illər aralığında “Latsio”da çıxış edən futbolçu keçirdiyi 150 oyuna 41 qol vurmağı bacarıb.
69 baxış