Mirhüseyn Seyidovla Qara Qarayevə polis tərəfindən cəza

“Qarabağ”ın futbolçusu Qara Qarayev və “İnter”in yarımmüdafiəçisi Mirhüseyn Seyidov xoşagəlməz halla üzləşiblər. Offside.com.az apasport.az-a istinadən xəbər verir ki, Mürhüseyn Seyidov və Qara Qarayev 20 Yanvar dairəsi yaxınlığında polis tərəfindən saxlanılıb.

DYP əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün Seyidovun idarə etdiyi “Hyundai” markalı minik avtomobilini saxlayıb. Bu zaman Qarayev DYP əməkdaşına 2 gün sonra çexiyalılarla vacib oyunlarının olduğunu bildirərək, onlara güzəşt edilməsini və Seyidova hansısa cərimənin yazılmamağını xahiş edib.

Buna baxmayaraq, DYP əməkdaşı fikrindən dönməyib və Seyidova protokol tərtib edib.

73 baxış