Sahibi bilinməyən qızıl

Təbii ki, ölkə çempionatları tarixində həlli olmayan məsələlər təkcə ilk yarışla bağlı deyil. Belə əbədi suallardan birini də 1996/97 mövsümü yaradıb.

Qeyri-adi əsasnaməsi olan turnir klub-komanda birinciliyi xarakteri daşıdığından 19 ildi çempionun kimliyi sual doğurur. Söhbət “Neftçi”nin əsas komandasının hamıdan çox xal topladığı, lakin “Qarabağ”ın uşaq komandaları hesabına çempion olmasından gedir.

Uzun illər bu mövzuda demək olar ki, hər şey yazılsa da, məsələ heç vaxt həllini tapmayacaq. Baxmayaraq ki, Çempionlar Liqasına “Neftçi”ni buraxan UEFA kimi, ölkəmizdə də bakılılar çempion elan edilib. Özünü qızıl medalların sahibi elan edən paytaxt təmsilçisinin ardından PFL də həmin mövsümün qalibi kimi “Neftçi”ni qəbul edir. Elə Ağdam klubunun indiki rəhbərliyi də mübarizədən çəkilib, həmin çempionluqdan imtina edir. Lakin 19 il öncə qızıl medalını alıb, indiyədək özündə saxlayan “Qarabağ”lı Azərbaycan çempionlarının titulunu geri almaq da mümkünsüzdü. Eyni zamanda “Neftçi”nin də hamıdan güclü olduğunu da.

Bir sözlə, 19 il əvvəlki yanlış əsasnamənin qoyduğu tapmacanın həlli yoxdu və olmayacaq da.

Mənbə:

Vüqar XEYRULLAYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
104 baxış