Dmitri Kramаrenko: “Hələ də şanslar bərabərdir”

“Neftçi”nin qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramаrenkonun azerisport.az saytına müsahibəsi

– Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibinizlə – Makedoniya “Şkendiya”sı ilə cavab matçına hazırlıq necə gedir?
– Elə indicə məşqdən qayıdırıq. Yeni bazamızda məşq etdik. Amma köhnə bazamızda məskunlaşmışıq.

– Bəs yeni bazada qalmaq üçün otel nə vaxt hazır olacaq?
– Bilmirəm. Binada müəyyən işlər gedir. Amma bu, bizim işimiz deyil. Öz işlərimiz yetərincədi. Əsas odur ki, məşq etmək üçün ideal meydançalarımız var. Qazonun keyfiyyəti hətta Türkiyədəkilərdən də yaxşıdır.

– Komandada atmosfer necədir?
– Heç bir problem yoxdur. Zədəlimiz də yoxdur. Maksim Vaylonun da diskvalifikasiyası başa çatıb.

– Bakıdakı qolsuz heç-heçədən sonra mərhələ adlamaq şanslarınız barədə nə düşünürsünüz?
– Komandamızın ev oyununda qol buraxmaması çox böyük üstünlükdür. Rəqibimiz güclüdür. Bunu Bakıdakı görüşdə də gördük. Meydanın mərkəzində çox yaxşı yarımmüdafiəçiləri çıxış edir. Amma bizim də hədəfimizə çatmağa kömək edə biləcək futbolçularımız var. Bizdən asılı olan nə varsa, edəcəyik.

– İlk oyunda hücum xəttiniz çox dişsiz görünürdü…
– Komandada yeni futbolçular var. Gedənlər də az deyil. Hələ komanda meydanda tam anlaşa bilmir.

– Şansları faizlə dəyərləndirsək, “Şkendiya”nı üstün saymaq olar?
– Xeyr. Şanslar yenə bərabərdir. Sonadək mübarizə aparacağıq. Uşaqlar hansı məsuliyyəti daşıdıqlarını yaxşı bilirlər. Ünvanımıza çoxlu tənqidlər eşidirəm. Amma mən inanıram və ən yaxşısına ümid edirəm.

– Qapıçılarla bağlı vəziyyət nə yerdədi?
– Krşevan Santini çox yaxşı qapıçıdır. O, mübahisəzi bir nömrədir. Maksim Vaylodan əlavə, əvəzedici heyətdə də perspektivli qapıçılarımız var.

– “Neftçi” macarları keçsə, üçüncü mərhələdə Çexiya “Mlada Boleslav”ı ilə qarşılaşa bilər…
– Ümd edirəm ki, “Şkendiya” ilə oyundan sonra çexlər barədədanışmaq imkanımız olacaq. Amma indi tezdir.

46 baxış