Oğurlanmış futbolçular: Romario, Kroyff və başqaları

Bir neçə gün öncə İŞİD terrorçuları Səudiyyə Ərəbistanın “Al-Şabab” klubunun oğurlanmış 4 futbolçusun edam etmişidi. Bu səbəbdən biz vaxtilə oğurlanmış futbolçuları xatırlamaq istədik.

Alfredo Di Stefano

“Real”ın və dünya futbolunun əfsanəsi Di Stefano komandası ilə birlikdə 1963-cü ildə Cənubi Amerika turnesi zamanı oğurluqla üzləşib. Venesuelanın paytaxtı Karakasda cinayətkarlar oyunçunu otel otağından oğurlamışdılar. Oğrular Venesualada fəaliyyət göstərən və ölkədəki vəziyyətə diqqəti cəlb etmək istəyən azadlıq hərəkatının silahlı qüvvələri idi. Maraqlıdır ki, Di Stefano və onun birlikdə oğurlanmış həyat yoldaşına oğrular məlumat veriblər ki, onlara heç nə olmayacaq. Və elə də oldu. 70 saat sonra onu və həyat yoldaşını şəhərin mərkəzində İspaniya səfirliyinin yanında azad etdilər. Di Stefano isə söz verdi ki, oğrular haqqında neqativ fikirlər səsləndirməyəcək.

Maraqlıdır ki, oğrulardan biri Paul del Rio ilə Alfredo Di Stefano 2005-ci ildə görüşüblər. O zaman “Real” haqqında sənədli filmin nümayişinə gələn del Rio artıq çoxdan azadlıq hərəkatı işləri ilə məşğul olmurdu və məşhur rəssam idi.

di stefano

Yohan Kroyff

Son illərə kimi dahi Kroyfun 1978-ci ildə Argentinadakı Dünya Çempionatına nəyə görə qatılmadığı geniş ictimaiyyətə aydın deyildi. Hər kəs elə düşünürdü ki, Kroyf psixoloji və fiziki yorğunluğu səbəbindən iştirakdan imtina edib. Yalnız 2008-ci ildə hücumçu etiraf edib ki, dünya çempionatından 1 il əvvəl Barselonadakı evinə bir qrup adam daxil olub onu və ailəsini ələ keçiriblər. Kroyf oğruların əlindən qaçıb və polis oğurluğun qarşısını ala bilib.

Xoşbəxt sonluğa baxmayaraq Kroyfun ailəsi 4 ay polis nəzarətində qaldı. Oyunçu etiraf edib ki, bu hadisə ona çox böyük təsir göstərib və karyerasının sonlarındakı problemlər də məhz bu epizodla bağlı idi.

johan-cruyff_2503getty_750

Romario

Braziliyalı forvard heç vaxt oğruların hücumuna məruz qalmasa da, Romario vaxtilə atasını Riodakı barların birindən qaçırmış oğrularla danışıqlarda iştirak edib. Romariodan 7 milyon dollar tələb edirdilər. Lakin Romario başqa çıxış yolu tapdı. O elan etdi ki, əgər oğrular onun atasını azad etməsələr, o, 1994-cü ilin Dünya Çempionatında yığmada iştirak etməyəcək. Bu düzgün addım oldu. Belə ki, cinayətkarlar o qədər Braziliya yığmasının və futbolun dəlisi idilər ki, qısa vaxtda Romarionun atasının harada saxlanıldğını xəbər etdilər.

Maraqlıdır ki, bu oğruluqda Romarionun qardaşının əli olduğu iddiaları olsa da, bunlar yalnız təsdiqini tapmayan söylənti olaraq da qaldı.

romario

İvan de la Penya

“Barselona”da oynayarkən məşqdən evə qayıdan de la Penya onu maşının izlədiyini görmüş və parkinqlərin birində gizlənə bilmişdi. De la Penya maşın barədə telefonla polisə məlumat verir. Bütün şəhərboyu davam edən izləmə sonunda cinayətkar yaxlanır. Daha sonra isə əsas cinayətkar, hansı ki, oyunçunun qaçırılması ilə 1 milyon dollarlıq borcunu bağlamaq qərarına gəlmişdi.

de la pena

Alan Pulido

Bu hadisələrdən ən yenisi bu il mayın sonunda baş verdi. Meksikanın və “Olimpiakos”un hücumçusu Alan Pulido ölkəsində olarkən 6 nəfər maskalı adam tərəfindən qaçırılıb. Hücumçu xanımı ilə gecə klubundan qayıdarkən yük maşınları tərəfindnə maşını saxlanılıb. Xanıma əl dəyməyən maskalılar Pulidonu maşından çıxarıb bilinməyən istiqamətdə aparıblar. Mayın 30-da o ailəsinə geri qaytarılsa da onun azad olunması ilə bağlı detallar açıqlanmadı. Jurnalistlərin öyrəndiyi məqamlar bu oldu ki, bu işdə əli olan Pulidonun yaxın qohumu 29 yaşlı Osvaldo Velaskesdir. Pulido hadisələrdən sarsılmağına baxmayaraq artıq klubu ilə mövsüm öncəsi hazırlıqlara başlayıb və hətta bu yaxınlarda yoldaşlıq matçında da fərqlənib.

alan_pulido_egidio_torre-1024x577

86 baxış