UEFA-nın reytinq xalları bizə nə verir?

Avropa Liqasının ikinci təsnifat məhələsi çərçivəsində baş tutan “Neftçi” – “Şkendiya” (0:0), “Admira” – “Kəpəz” (1:0) və MTK – “Qəbələ” (1:2) matçılarında əldə olunan qələbələr ölkəmizin reytinq xalının zənginləşmsinə səbəb olub. Offside.com.az xəbər verir ki, bu oyuna kimi 14.625 xalla 24-cü pillədə olan Azərbaycanın əmsalına daha 0.375 xal əlavə olunub.

Hazırda ölkəmizin reytinq əmsalı 15.000-ə bərabərdi. Bizdən bir pillə irəlidə olan Şotlandiyanın hər iki təmsilçisi adalılarla ümumilikdə 0.375 xal qazandığından aradakı fərqi azaltmaq mümkün olmayıb. Britaniyalıların əmsalı 15.675-di.

25-ci pillədəki izləyicimiz Kipr təmsilçiləri isə bu oyun günü 0.250 xal qazandığından  aradakı fərqi artırmaq mümkün olub. Hazırda adıçəkilən ölkənin aktivində 14.425 xal var.

Bəs bizə 24-cü pillədə olmaq nə verir? Bunun üçün belə bir cədvələ nəzər salaq.

.1

Qeyd:

ÇOTM – Çempion olmayanların Təsnifat mərhələsi

ÇTM –  Çempionların Təsnifat mərhələsi

TM – Təsnifat mərhələsi

TS – Titul sahibi

KQ – Kubok Qalibi

Beləliklə, cədvələ nəzər salaraq görə bilərik ki, Şotlandiya çempionatını qabaqlayıb 23-cü yerə çıxa bilsək Azərbaycan Kubokunun qalibi Avropa liqasına 2-ci təsnifat mərhələsindən başlayacaq.

17-ci yerə qalxdığımız təqdirdə, artıq Kubok qalibimiz 3-cü TM, 2-ci yerin sahibi isə 2-ci TM başlayacaq.

Avrokuboklarda təmsilçilərimizin sayının çoxalması yalnız 15-ci pilləyə qalxıdığımızda mümkün olacaq və beləliklə, 4-cü yerin sahibi də artıq Avropa Liqasında mübarizə aparacaq. Həmçinin, çempionatda 2-ci yer tutmuş klub Çempion olmayanların yolu ilə 3-cü təsnifat mərhələsində start götürəcək.

 

3,135 baxış