İlklərlə dolu final

Offside.com.az xəbər verir ki, Portuqaliyanın Fransanı 1-0 hesabı ilə məğlub edərək Avropa çempionu olduğu final matçı bir çox ilklərə səhnə oldu.

Normal vaxtı 0-0 hesabı ilə başa çatan matçın uzatma dəqiqələrində qol vuraraq çempion olan Portuqaliya millisi bu ünvanı ilk dəfə sahib olmuş oldu.

Avropa Çempionatları tarixində 1984, 2000 və 2012-ci illərdə yarımfinala qədər yüksələn Portuqaliya millisi, öz evində təşkil olunan AVRO 2004-ün finalında Yunanıstana məğlub olmuşdu.

Portuqaliya Avropa çempionu olan 10-cu fərqli ölkə oldu.

Fransa ilk dəfə evində bir final matçını uduzdu

Fransada təşkil olunan AVRO 1984 və FIFA 1998 DÇ-nın finalında çempion olan Fransa 2016-cı ildə bu uğuru təkrarlaya bilmədi

90 dəqiqəsi qolsuz bərabərliklə başa çatan qarşılaşama Avropa Çempionatları tarixində əsas vaxtı qolsuz başa çatan ilk final matçı olaraq tarixə düşdü. Bundan əvvəl oynanılan 14 finalın heç birinin əsas vaxtı qolsuz yekunlaşmayıb.

42 baxış