“Hələ işimiz bitməyib”

Portuqaliya yığması Lion şəhərində baş tutan qarşılaşmada Uelsi 2-0 məğlub edərək tarixində 2-ci dəfə Avropa Çempionatının finalına çıxmağı bacardı. Portuqalların 2-ci qolunun müəllifi Luiş Nani oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

“Finala çıxmaq çox gözəl bir hissdir, ancaq hələ işimiz bitməyib. Qarşıda daha vacib oyunumuz var. Finala hazırlaşmağa başlayacağıq. Rəqimizi seçmək kimi bir şansımız yoxdur”.

Xatırladaq ki, Luiş Nani yaxın günlərdən “Fənərbaxça”dan “Valensiya”ya transfer olunmuşdu.

60 baxış