Argentinada daha bir istefa

Offside.com.az xəbər verir ki, Kopa Amerikada ardıcıl 2 final məğlubiyyətinin ardından komandanın baş məşqçisi Tata Martino istefa vermək qərarına gəlib.

Tata Martino Argentina məşqçisi kimi cəmi 1 rəsmi oyunda məğlub olub. Bu görüş 2015-ci ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ekvadorla keçirilən qarşılaşmadır. Ümumilikdə Argentina onun rəhbərliyi altında keçirdiyi 29 oyunda 19 qələbə qazanıb.

37 baxış