Ruslan Abışov “İnter”də !

Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun yeni klubu rəsmən müəyyənləşib. “İnter”, “Neftçi” və İran klubundan təklif alan 29 yaşlı futbolçu seçimini edib.

Belə ki, Abışov karyerasını “İnter”də davam etdirməyə qərar verib. O, bu gün “bankirlər”lə rəsmi müqaviləyə qol çəkib. Tərəflər arasında 1+1 formatında sözləşmə imzalanıb. Bu isə o deməkdi ki, qarşıdakı mövsümü paytaxt klubunda keçirəcək Abışov gələn yay qarşılıqlı razılıq əsasında müqaviləsinin müddətini daha 1 illik uzada bilər.

Millimizin futbolçusu yeni klubunda ilk seçimini artıq edib. Abışov “İnter”də özünə doğma olan 15 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “İnter” yay fasiləsində Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev və Orxan Sadıqlını da transfer edib.

apasport

55 baxış