Robin Van Persi “Latsio” yolunda. Arrivederci!

Hollandiyalı ulduzun menecer Kees Vos İstanbuldan ayrılmaq şərtləri barədə “Fənərbağça” klubunun rəhbərliyi ilə görüşüb və razılıq əldə olunarsa Robin van Persinin karyerasını “Latsio”da davam etdirəcəyini açıqlayıb.

İstanbul təmsilçisinin tələb etdiyi transfer məbləği ödəniləcəyi təqdirdə, istənilən kluba keçməkdə sərbəst olan Robin ayrılıq şərtlərini aydınlıq gətirmək üçün klub rəhbərliyi ilə görüşlər aparıb.

İtalyan mətbuatında yayılan xəbərə əsasən Offside.com.az xəbər verir ki, Miroslav Klozenin əvəzinə hücumçu axtarışlarını davam etdirən italyan klubu RVP üçün illik 6 milyon avro ödməyə hazırdır.

.

43 baxış