Leo Messi Batistutanı geridə qoydu

Offside.com.az xəbər verir ki, Kopa Amerikanın yarımfinal görüşündə ABŞ yığması ilə oyunda qol vuran Leo Messi Argentina millisinin ən yaxşı bombardiri olan Qabriel Batistutanı geridə qoyub. Milli karyerasında 55-ci qolunu vuran Messi artıq Argentinanın ən yaxşı bombardiridir. ABŞ ilə oyundan sonra futbolçu bu sözləri deyib.

“Argentinanın bombardiri olduğum üçün şadam. Komanda yoldaşlarımın köməyilə bu uğuru qazandım. Biz ABŞ`a qarşı mükəmməl oyun göstərdik. Ümid edirəm ki, finalda da bu oyunu davam etdirəcəyik. Biz qalib olmaq üçün hər şeyi edəcəyik”

51 baxış