“NEFTÇİ”DƏ VENESUELALI FUTBOLÇU

“Neftçi” növbəti transferini rəsmiləşdirməyə yaxındır. Offside.com.az xəbər verir ki, bakılılar tezliklə venesuelalı yarımmüdafiəçi Edson Kastilyo ilə müqavilə bağlayacaqlar.

Bu məqsədlə sözügedən futbolçu ötən gün “Neftçi”nin təlim-məşq toplanışında olduğu Türkiyəyə yollanıb. Kastilyo bu keçidlə əlaqədar ölkəsinin mətbuatına açıqlama da verib:

“Hər şey çox sürətli alındı. Argentinadakı biznesmen dostlarım mənimlə əlaqə saxladılar, bu barədə hər şeyi danışdılar. Mən də öz oyunlarımın videoyazısını “eftçi”yə göndərdim. Artıq komanda yoldaşlarımla vidalaşmışam. Artıq yeni komandama köklənməyə və faydalı olmağa çalışmalıyam”.

Qeyd edək ki, Kastilyonun son komandası Venesuelanın “Mineros Quayana” komandası olub.

azerisport.com

51 baxış