TÜRKİYƏ – XORVATİYA MATÇININ HAKİMİ BƏLLİ OLDU

Avro 2016-nın D qrupunda keçiriləcək Türkiyə – Xorvatiya oyununun hakimləri bəlli olub.

Offside.com.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, matçı Yonas Erikssonun başçılığı ilə isveçli hakimlər briqadası idarə edəcək.

Ona Matias Klasenius, Daniel Varnmark, Stefan Yohanesson və Markus Strömberqsson kömək edəcək.

Qeyd edək ki, iyunun 12-də Parisdəki “Park de Prens” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

50 baxış