REŞFORD YENİ MÜQAVİLƏ İMZALADI

Offside.com.az xəbər verir ki, “Mançester Yunayted”də parlaq oyunu ilə seçilən gənc futbolçu Markus Reşford klub ilə yeni müqavilə imzalayıb.

Yeni müqaviləyə əsasən 18 yaşlı futbolçu 2020-ci ilə qədər “Mançester Yunayted”in şərəfini qorumalıdır. Reşford klubla çıxdığı 17 oyunda 8 qol vurmağı bacarıb. Müqavilə imzaladıqdan sonra futbolçu bu sözləri deyib:

“Mən yeni müqavilə imzaladığım üçün sevinirəm. Hər zaman “Mançester Yunayted” azarkeşi olmuşam əsas komandada oynamaq isə xəyallarımı gerçək etdi. Mən sevinirəm ki özümü inkişaf etdirmək üçün şans əldə etdim. Dünyanın ən böyük klubunda oynamaq mənə və ailəm üçün hər şey deməkdir”.

23 baxış