PİKE VS ARBELOA: BİR TVİTİN (MÜMKÜN) TARİXÇƏSİ

“Real Madrid”li Alvaro Arbeloa və “Barselona”lı Jerar Pike arasında “ataşkəs” yenicə elan edilmişdi ki, “atışmalar” dünəndən bəri yenə başlayıb. Sonuncu “güllənin” sahibi isə “Jerry” olub.

1449658628_extras_noticia_foton_7_0

“Real Madrid”in Çempionlar Liqası kuboku şənliyində gözlənildiyi kimi Pikenin ünvanına xoşagəlməz sözlər səsləndirilib: “Pike, əclaf, çempionu qarşıla”. Artıq bu kimi səslənmələr həm “Santyaqo Bernabeu”da, həm də “Kamp Nou”da adi hal alıb. Bu, öz yerində. Arbeloa isə Pike ilə arasında olanların nə zaman başladığını unutduğunu bildirib. 

“Jerry” də təbii ki, buna səssiz qala bilməzdi və tvitterində cəmi bir cümlə yazıb: “I hate Christian Lattner” (“Kristian Lettnerə nifrət edirəm”).

pike

İlk baxışdan dəxlisiz bir cümlə və nə “Real”a, nə də Arbeloaya aidiyyatı yox kimi görsənir. Amma birazca araşdıranda aydınlaşır bu tvit. Deməli, Kristian Lettner 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarında ABŞ-ın heyətində MBA-da oynama təcrübəsi olmayan və kollecdən olan yeganə oyunçu idi. Onun milliyə cəlb edilməsi böyük debatlara səbəb olmuşdu və oyunçular arasında problemlər də yaranmışdı.

81593441

Hətta, Lettner oyunların birində rəqib oyunçusunun sinəsinə qəsdən ayağı ilə zərbə vurmuşduÜmumilikdə isə 1992-ci ildə “Dream Team”in qızıl medallarında onun o qədər də böyük rolu olmamışdı. “I hate Laettner” isə ESPN kanalında gedən dokumental filmdir və orada bütün bu söz-söhbətlər göstərilir.

İndi isə parallel aparmaq zamanıdır. Arbeloa da Lettner kimi komandasının uğurunda, demək olar, heç bir rol oynamadı. O, bu mövsüm “La Liqa”da 258 dəqiqə, Çempionlar Liqasında isə 180 dəqiqə meydanda oldu.

Komandada hər zaman onun fərqli oyunçularla münasibəti xoş olmayıb və ən əsası da komandanın əfsanəsi İker Kasilyasla. Rəqib oyunçunu zədələməyə gəlincə. 2011-ci ildə keçirilən İspaniya Kral Kubokunda Arbeloanın David Vilyanın ayağını bilərəkdən əzməsi hələ də yaddaşlardadır. Yeganə aydın olmayan şey odur ki, doğrudanmı Jerar bütün bu oxşarlıqları nəzərə alıb bu tviti yazan zaman? Bunu isə yalnız onun öz bilir.

Bu yazının məqsədi hər hansı oyunçunun tərəfini tutub, digərini kiçiltmək deyil. “Barça” və “Madrid” arasında söz davası olub, var və olacaq. Hər tərəf də öz həqiqətini çatdırmağa çalışır və bu yöndə fərqli üsullardan istifadə edir. Bu mənada Jerar Pikenin bu tviti bütün futbol və idman azarkeşlərinin xeyrinə oldu. Məhz bu tvitdən sonra Laettner kimi bir idmançının kimliyi bilinməyən kütləyə tanındı, bu tviti araşdıranlar çox maraqlı faktları aşkar etmiş oldular. Ona görə də futbolçuları və əsasən də “Jerry”nin tvitlərini nəzərdən qaçırmayın. Çox maraqlı məlumatlar əldə etmək olur. Hələlik isə “güllə atmaq” növbəsi Arbeloadadır. Ümid edək ki, o da bu cür “keyfiyyətli” və hamımız üçün xeyirli ola biləcək bir atmaca atacaq.

36 baxış