RUMMENİQQE: LEVANDOVSKİ SATILMIR

Robert Levandovskinin agenti Sezariy Kuxarski məlumat verib ki:

“Real Madrid bizimlə əlaqə yaradaraq futbolçunun transferi barədə görüşmək istədiklərini dedilər. Biz artıq bir neçə görüş keçirtmişik. Biz “Bayern”li nümayəndləri artıq xəbərdar etmişik. “

Oyunçunun Münhen klubu ilə müqaviləsi 2019-cu ilin yayına kimidir. transfermarkt.de saytına görə polşalının transfer dəyəri 70 milyon avrodur.

Yekunlaşan mövsümdə 27 yaşlı Levandovski 30 qolla Bundesliqanın bombardiri oldu.

Münhen klubunun idarə heyətinin sədri Karl-Haynts Rummeniqqe əmindir ki, Levandovski klubu tərk etməyəcək.

” Mən bir şeyi dəqiq bilirəm – növbəti mövsümü Levandovski bizim komandada keçirəcək. Bundan heç şübhəniz də olmasın. Bizim qərarımız budur ki, biz onu heç bir kluba satmayacayıq. Təklif olunacaq məbləğdən asılı olmayaraq.”

 

50 baxış