AVRO-2000: 12 UNUDULMAZ AN

Offside.com.az olaraq 2000-ci ildə Belçika və Hollandiyada keçirilən dünya çempionatının 12 unudulmaz anını Sizlərə xatırladırıq.

Yan Kollerin partlatdığı Yap Stamın qaşını canlı yayımda tikirlər.

0-2 geri düşən Portuqaliya Fiqonun möhtəşəm qolu ilə ruhlanıb 3-2 qalib gəlir.

Molinanın Norveçlə oyunda səhvi.

Sloveniya 57-ci dəqiqəyə Yuqoslaviya üzərində 3-0 qalib girərkən məğlub tərəfin ən güclü futbolçularından biri Sinişa Mihayloviç qırmızı kart alır. Ən maraqlısı isə bundan sonra baş verir, 10 nəfər qalmış yuqoslavlar 67-73-cü dəqiqələr arasında hesabı 3-3 edirlər.

Konte Türkiyənin qapısından gözəl qol keçirir.

İspaniya 93-cü dəqiqəyə qədər 2-3 məğlub olduğu oyunu son dəqiqələrdə 4-3 hesabına gətirir.

Hakan Şükürün bu kəlləsi yaddan çıxmaz.

1/4 finalda Patrik Kluyvert Yuqoslaviyanı məhv edir.

Zidanın İspaniyanın qapısına vurduğu möhtəşəm cərimə zərbəsi qolu.

Toldo Hollandiya ilə oyunda 5 penalti qaytarır (2-si əsas vaxtda, 3-ü oyundan sonrası penaltilərdə)

Abel Şavyerin əli portuqalları finalsız qoyur.

Trezegenin “qızıl qolu” Fransaya qızıl gətirir.

Həmçinin bax:

DÜNYA ÇEMPİONATI-98: 10 UNUDULMAZ AN

DÜNYA ÇEMPİONATI-2002: 14 UNUDULMAZ AN

DÜNYA ÇEMPİONATI-2006: 26 UNUDULMAZ AN

 

85 baxış