CAKA LONDONA YOLA DÜŞÜR

“Borussiya” Münhenqladbax klubunun isveçrəli yarımmüdafiəçisi Qranit Caka Arsen Vengerin transfer etmək istədiyi futbolçuların siyahısında ən öndə gələn isimdir. Cakanın yaxın dostlarından biri futbolçunun transfer məsələlərini tamamlamaq üçün hətta Londona uçduğunu da təsdiqləyib. Hələ ki,bu transfer görüşmələri haqda dəqiq məlumat verilmir.

Qranit Caka bu mövsüm meydana çıxdığı 37 oyunda 3 qola və 2 assistə imza atıb.

23 baxış