KANTE “ARSENAL”A KEÇMƏK İSTƏYİR

İngiltərənin məşhur idman nəşri “Express” bu günlərdə maraqlı bir məlumat yayıb. Qəzet “Lester Siti”nin fransız dayaq yarımmüdafiəçisi N’Qolo Kantenin “Arsenal” klubuna keçmək istədiyini yazıb. Hələ ki,bu haqda heç bir rəsmi məlumatın olmadığı da bildirilir.

Qeyd edək ki, bu mövsüm “Lester Siti”nin “Premyer Liqa” çempionluğunda əsas pay sahiblərindən biri olan yarımmüdafiəçi bu mövsüm klubun heyətində meydana çıxdığı 35 oyunda 1 qol vurub, 4 assist edib.

28 baxış