AVROPA LİQASI FİNALINDA YENİLİK

18 may 2016-cı il tarixində “Sent Yakob Park” stadionunda baş tutacaq UEFA Avropa Liqasının final matçında “Liverpul” və “Sevilya” komandaları qarşılaşacaq. Bu matç ilk UEFA Avropa Liqası final matçı kimi tarixə düşəcək ki, burada avtomatik qolu müəyyən etmə – Hawk-Eye sistemindən istifadə olunacaq.

Milanda keçiriləcək Çempionlar Liqası finalı və Avropa Çempionatının bütün matçlarında istifadə olunacaq bu sistem UEFA-da debüt matçına çıxır. UEFA-nın İcraiyyə Komitəsi bu ilin yanvarında bu sistemin tətbiqi ilə bağlı qərar qəbul etmişdi. Bununla bərabər qapı arxasında olan hakimlərin iştirakı da təmin olunacaq, onlar cərimə meydançasıətrafı və daxilində baş verəcək qayda pozuntularını qeydə alacaqlar.

Hawk-Eye hər qapı ətrafında yeddi kameradan ibarət sistemdir. Sistemin proqram təminatı qrafik informasiyanı emal edir və topun vəziyyətini izləyir. Əgər sistem topun qapı xəttini keçdiyini müəyyən edirsə, 1 saniyə içərisində hakimin əlindəki saata vizual və vibrosiqnal gəlir.

Qeyd edək ki, bu sistem UEFA Çemionlar Liqasının 2016/17-ci illər mövsümünün pley-off mərhələsindən etibarən tətbiq ediləcək, daha sonra isə sistemin Avropa Liqasının əsas mərhələsində istifadə olunub-olunmaması haqqında qərar veriləcək.

69 baxış