ARŞIN KLUB ALAN

“Milan”ın sahibi Silvio Berluskoni yaxın zamanlarda klubu satmaq istəyir. Bununla əlaqədar olaraq hal-hazırda Avropa klublarından hansıların xarici sahibkarların əlində olduğunu xatırlatmaq istədik.

İtaliya

Hələ bir il əvvəl Berluskoni klubu tayvanlı investor Bi Tayçaboluya satmaq istəyirdi. Cənab Bi Berluskoni ilə gah qiymətdə, gah da aksiyaların nəzarət paketində razılığa gələ bilmədi. Nəticədə razılıq əldə olunmadı.

“Milan”ın yeni sahibi isə bpyük ehtimalla Alibaba şirkətinin sahibi çinli milyarder Cek Ma olacaq. Onun sərvəti 25.6 mlrd avro dəyərində qiymətləndirilir. Tərəflər arasında danışıqların mayın əvvəlində bitməsi gözlənilir.

Əgər bu hadisə baş tutsa o zaman Milan derbisi daha bir əlavə məqama görə maraq doğuracaq. Belə ki, 2013-cü ilin payızında “İnter” klubunun sahibi Massimo Moratti komandanın 70%-lik nəzarət paketini indoneziyalı mediamaqnat Erik Tohire satmağa razı olmuşdu. Ötən yay Tohir klubun transferləri üçün 110 milyon avro xərcləmiş, lakin “İnter” payız aylarında lider olsa indi heç Çempionlar Liqasına belə düşmək mümkün olmayacaq.

İlk üçlükdə yerini rahatlamış “Roma” klubu xarici sahibkarlar cəhətdən ilklərdən olub. Belə ki, 5 il əvvəl “Roma” klubunu amerikalı investorlar Tomas Di Benedetto və Ceyms Palotto aldı. 2014-cü ilin payızında şimali amerialı sahibkarların SerieA-da bir az da artdı. Kanadalı Coui Saputo “Bolonya” klubunu alaraq azarkeşlərə maliyyə stabilliyi və Çempionlar Liqası vədlərini vermişdi.

İngiltərə

Dumanlı Albion xarici ivestorlar üçün əl cəlbedci yer olaraq qalmaqdadır. Geniş teleauditoriya reklamı təmin edir, oyunların yayımından gələn pullar isə xərcləri minimallaşdırır, bundan əlavə ingilis klubunun sahibi olmaq sadəcə prestijlidir. Ötən mövsümün sonuna olan məlumatlara əsasən Premyer Liqa və Çempionşip klublarının 61%-i (44 klubdan 27-si) xarici sahibkara malikdir. 24 klubun ( “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Sauthempton”, “Çelsi”, “Lester”, “Uotford”, “Sanderlend”, “Aston Villa”, “Bornmut”, “Hall Siti”, “KPR”, “Nottingem Forrest”, “Blekbern”, “Kardiff”, “Şeffild Uensdi”, “Birmingem”, “Fulhem”, “Millioul”, “Derbi Kaunti”, “Redinq”, “Lids”, “Çarlton”) nəzarət paketləri üçün 2003-2015-ci illər aralığında 2 milyard 765 milyon futb sterlinq ödənilib.

Amerikan Qleyzer ailəsi (“Mançester Yunayted”), onun həmvətənləri Con Uilyam Heri (“Liverpul”) və Sten Kronke (“Arsenal”) artıq neçənci ildir ki, rusiyalı biznesmen Roman Abramoviçin “Çelsi”si və Şeyx Mənsurun “Mançester Siti”si ilə çempionluq uğrunda mübarizə aparır. Bu mövsüm isə qrandların arasında “Lester” klubu daxil ola bilib. Hələ 2010-cu ildə klubu almış Viçay Şrivaddhanaprabxanın ötən ilki “ilk beşlikdə olacayıq” sitatı gülüş doğursada indi klub çempionluğun bir addımlığındadır.

Fransa

Fransa Liqa 1 də digər çepionatlar kimi xarici investorlar və xarici kapital üçün açıq olsada digər top 5-lik turnirlərindən az cəlbedicidir. Həm də son illər “PSJ”nin heqemonluğu investorları klubları almaqdan çəkindirən məqamlardandır. Qətərli Nasser Al-Xelafi ilə mübarizə aparmaq üçün astronomik maliyyə vəsaitləri lazımdır.

“PSJ” ilə mübarizə “Monako” girməyə çalışdı. 2011-ci ildə rusiyalı biznesmen Dmitriy Rıbolovlevin əldə etdiyi klub 2013-cü ildə bir ox ulduz oyunçu ilə müqavilələr bağladı, onların arasında Radamel Falkaonun transferi daha çox nəzər çarpır. Lİqa 1-ə döndükdən sonra 2-ci yeri tutan moneqasklar ötən yay futbolçu satışından 178 milyon dollarlıq pul qazandı. Amma bu qədər dəyişikliyə baxmayaraq “Monako” hələ də liderlər qrupunda yer alır.

İspaniya

Ötən yay transfer bazarında əsas söz sahiblərindən biri də “Valensiya” olmuşdu, hansı ki, yeni oyunçular üçün 161 milyon dollar xərcləmişdi. Yarasaların sinqapurlu sahibi Piter Lim böyük ehtimalla bu cür xərclərlə “Barselona”, “Real” və “Atletiko” ilə başabaş mübarizə aparmağı düşünürdü. Amma təəssüflər olsun ki, komanda həm Avrokuboklarda həm də La Liqada istədiyi nəticələri əldə edə bilmədi.

“Malaqa”nın qətərli sahibi, biznesmen Abdulla Al-Tani klubun Çempionlar Liqası 1/4 finalından sonra La Liqada qalma mübarizə verməsinin günahkarı kimi məşqçiləri görürdü.

Amma çinli milyarder Van Szyanlin isə sərmayesindən razı qala bilər. O, 2015-ci ilin qışında “Atletiko Madrid”in aksiyalarının 20%-i əldə etmiş və klub bu mövsüm fantastik çıxışını davam etdirir.

İspaniyada klubun fanatları əksər vaxtlarda komandanın aksiyalarında pay sahibləridir.

Almaniya

Maliyyə cəhətdən stabil və azarkeş cəhətdən isə anşlaqların yaşandığı Bundesliqada isə klubların aksiyalarının sahibolmasında ciddi qaydalar var. Belə ki, heç kəs klubun 50%-nin sahibi ola bilməz. Tarixi qaydalarda cəmisi 3 istisna var. “Bayer Leverkuzen”, “Volfsburq” və “Hoffenhaym”. İlk iki klub böyük konsernlərin vəsaitləri hesabına yaradılıb.

33 baxış