MARAQLI CƏZALAR: KONOPLYANKA, BENDTNER, BALOTELLİ VƏ S.

Bu məqalədə biz baş məşqçinin, müqavilə şərtlərinin cəzalarına tuş gələn oyunçular haqqında söhbət açacayıq.

“Sevilya” klubunun rəhbərliyi Yevgeni Konoplyankanı böyük məbləğə cəzalandırıb, buna səbəb isə oyunçunun ispan dilini öyrənə bilməməsidir.

Belə ki, oyunçunun müqaviləsinə əsasən müəyyən müddətdən sonra oyunçu ispan dilini öyrənməli idi. Maraqlıdır ki, adətən müqavilə şərtləri çox gizli qalır, lakin bu məlumatı ukraynalı jurnalist Kirill Krutoqorova ya oyunçunun özü şəxsi söhbtəi zamanı, ya da oyunçunun yaxınları veriblər ki, bu da növbəti cəza ilə nəticələnə bilər.

– “Bu yaxınlarda İspaniyada idim. Yevgeniyə cəza veriblər, dili öyrənmədiyinə görə. Klubun fanatları oyunçunun əsas heyətdə oynamamsının səbəbi kimi də məhz onun nə ingilis, nə də ispan dilini öyrənə bilməməsində görürlər. Baş məşqçi Unai Emeri ispan və bask dilərində danışır, Konoplyanka isə rus və ukrayn dillərini bilir. Ona görə də hesab 2:2-dir.” – jurnalistin sözlərini sport.segondya.ua saytı gətirir.

 

Bu məqalədə mütləq biz axmaq hərəkətlər üzrə “dünya çempionu” adını qazanmış Mario Balotellinin də adını çəkməliyik. Qadın türməsinə keçmək cəhdi, evin içində yanğına səbəb olmuş fişəng buraxmaq istəyi, Mançini ilə əlbəyaxa olmağı və s.

Bir dəfə o, darts oynamağa qərar verdi. İndi deyəcəksiniz ki, burda nə var? Məsələ burasındadır ki, Mario bu zaman klubun bazasındakı pəncərədən heç də darts lövhəciyini yox, “Mançester Siti”nin gənc futbolçularını nişan alırdı. Nəticə: 100 000 funt cəza.

Digər bir hücumçu Niklas Bendtner də daim fərqlənənlər arasında olub . Danimarkalı oyunçu “Məşqə yollanıram” yazılı İnstagram fotosu ilə cəza ilə üzləşib. Məsələ burasındadır ki, o, fotosunda çıxış etdiyi “Volfsburq” klubunun rəsmi sponsoru olan “Volfsvagen” markasını yox “Mersedes” markasını reklam etmiş olub. Bu isə klubun daxili qaydalarına ziddir. Maraqlısı budur ki, bu Niklasın ilk reklam cəzası deyil. Avro-2012-i zamanı alt geyimində olan irland bukmeyker firmasının telekameralara tuş gəlməsinə görə də o, cəza almışdı.

 

Siz heç pivə içdiyinə görə cəza alan birisi haqqında eşitmisiniz? “Dinamo” Zaqrebin keçmiş oyunçusu Domaqoy Vida vaxtilə Xorvatiya kubokunun 1/16 final mərhələsi çərçivəsində rəqib komanda ilə matça yollanrkən avtobusda pivə içdiyinə görə elə avtobusdaca baş məşqçi tərəfindən  30 min avro cəzalandırılmış və heyətdən bir oyunluq kənarlaşdırılmışdı. Oyunçunun özü ilə söhbət zamanı o qeyd etmişdir ki: mən heç pivənin dadına baxa bilmədim, rəqib komanda zəif idi və biz komanda yoldaşlarımla zarafatlaşırdıq, mən pivə bankasını nəsə göstərmək üçün sadəcə açdım və həmin anda bunu baş məşqçimiz gördü, əsəbiləşib məni cəzalandırdı.

Bu cəzalar məqaləsində son nöqtəni Amerikadan olan xəbərlə yekunlaşdıraq. Yuxarı sinif şagirdi Brayan Qaruto “hərəkətlər”inə görə oyunlardan kənarlaşdırılıb.

Oyunçunun hərəkətlərini rəqib komandanın məşqçiləri və oyunçuları hazırlayıb. Liqa rəhbərliyi isə bu siyahını onun ailəsinə və oyunçunun öznə göndərib. Qaruto isə bu məlumatı öz Tvitter səhifəsində yerləşirib. Siyahıda olanlardan bəziləri:

  • Oyun vaxtı meydançada olarkən telefonla danışırdı;
  • Qol vurduqudan sonra rəqib oyunçulara sanki oxdan atəş açırmış kimi edirdi;
  • Meydançaya kovboy papağı ilə çıxmışdı;
  • 14 qol vurub, baxmayaraq ki, bir oyunçuya ancaq 3 qol vurmaq qaydası var (bu qayda pozuntusunu redaktor özü də anlamadı)
  • Meydançadan qovulduqdan sonra futbolkasını dəyişib oyuna davam etmək istəyirdi;
  • Meydançada olarkən banan yeyib;
  • Qol vurduqdan sonra topun doğuluşunu nümayiş etdirmək istəyirdi;
  • Hesab tablosunda manipulyasiya etməyə çalışırdı;
  • Oyuna forma əvəzinə termogeyimlə çıxmışdı.
70 baxış