RAUF ƏLİYEV YENİDƏN YAŞIL MEYDANLARDA

Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev yaşıl meydanlara dönüb. Offside.com.az apasport.az saytına istinadən məlumat verir ki, “İnter”in forvardı əvəzedicilərin heyətində meydana çıxıb.

 

 Əliyev dünən əvəzedicilərin çempionatında XXIX tur çərçivəsində AZAL-la ev görüşündə start heyətində yer alıb. Onun 45 dəqiqə meydanda qaldığı qarşılaşma “bankirlər”in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. “İnter” fasiləyə yenik durumda yollansa da, ikinci 45 dəqiqədə Raufu əvəz edən Mirhüseyn Seyidovun dublu komandanı qələbəyə daşıyıb.

 

Bununla da, Rauf Əliyev 7 aydan, yəni 209 gündən sonra sevimli peşəsinə dönüb. 27 yaşlı oyunçu sonuncu dəfə ötən ilin sentyabr ayının 12-də Topaz Premyer Liqasının IV turu çərçivəsində “Qəbələ” ilə ev oyununda meydana çıxmış və zədələnərək, 76-cı dəqiqədə Mirhüseyin Seyidovla əvəzlənmişdi.

 

Qeyd edək ki, “İnter”in əvəzedici komandası 4:2 hesablı qələbə sayəsində turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.

33 baxış