BARSA NEYMAR, MESSİ, SUAREZİN ƏVƏZLƏYİCİSİNİ AXTARIR

“Barselona”nın məşqçi heyəti bu mövsüm fantastik oyun göstərən Messi, Neymar, Suarez üçlüsündən hər hansı birini hər an əvəz edə biləcək oyunçunun axtarışındadır. Məşqçi heyəti bir neçə namizədi nəzərdən keçirsə də əsas vurğunun “Sevilya”nın fransız forvardı Kevin Qameyroya ediləcəyi güman edilir.

Luis Enrike Qameyronun oyununda ən bəyəndiyi məqam onun hücumda hər bir mövqedə oynaya bilməsidir.

El Mundo Deportivonun suallarını cavablandıran Qameyro özü isə bunları deyib:

“Belə bir klubun məni transfer etmək istəməsi xoşuma gəlir. Amma mənim “Sevilya” ilə 2 illik müqaviləm var və mən burada oynamaqdan zövq alıram.

Mənim fikirlərim ancaq komanda və işimlə bağlıdır. Bu mövsümü yaxşı bitirəcəyimizi ümid edirəm.”

Qameyro bu mövsüm 28 matçda 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

58 baxış