VİDEOTƏKRARDAN BAŞQA YENİLƏNMİŞ 93 QAYDA

Futbol qaydaları 130 illik tarixi boyunca çoxlu dəyişikliklərə məruz qalıb. Amma bu il bizi çox böyük dəyişikliklərin gözləyəcəvi hissiyatı var. Bu yaxınlarda videotəkrarların istifadə olunacağı elan olunmuşdu. Bundan başqa İFAB-ın daha 93 yenilənmiş qaydanı may ayında elan edəcəyi gözlənilir.

Bunlardan ən maraqlıları haqqında bu yazıda tanış ola bilərsiniz.

       1. Əlavə vaxtda 4-cü dəyişikliyi etmək olar.

Əvvəl necə idi: İlk dəyişikliklər 1958-ci ildən tətbiq edilməyə başlandı. Dəyişiklik ancaq zədələnmiş qapıçı və ya oyunçu olduqda həyata keçirilirdi. 1968-ci ildən istənilən iki oyunçu dəyişikliyinə icazə verildi. 1986-cı ildən iki oyunçu və bir qapıçı dəyişikliyi, 1995-ci ildən isə 3 oyunçu dəyişikliyinə icazə verildi.

Təsiri: Böyük ehtimalla bu dəyişiklikdən baş məşqçilər penalti seriyasında daha uğurlu nəticə əldə etmək üçün istifadə edəcəklər. Ya penaltiləri dəf edə biləcək digər qapıçını, ya da ki, daha yaxşı penalti yerinə yetirə bilən oyunçunu oyuna daxil edəcəklər.

        2. Sonuncu ümid foluna görə cəzalandırmalar.

Əvvəl necə idi: 1991-ci ildə sonuncu ümid foluna görə cəzalandırmalara başlanılır. Qol vurmaq şansı açıq-aşkar olan oyunçuya qarşı edilən fol qırmızı kartla cəzalandırılırdı.

Təsiri: Sonuncu ümid folu – son zamanlar ən müzakirə olunan futbol qaydasıdır. Folu etmiş komanda üçlü cəza almış olur. Həm qapısına penalti təyin olunur, həm də fol etmiş oyunçu qırmızı kart alır və bunun nəticəsində növbəti oyunda meydançaya çıxa bilmir. 

Böyük ehtimalla indi qərar belə olacaq. Fol cərimə meydançasına qədər edilibsə bu son ümid folu hesab olunacaq. Əgər cərimə meydançası daxilində olubsa bu zaman penalti təyin olunacaq və oyunçu sarı vərəqə alacaq.

         3. Oyundan əvvəl qırmızı vərəqə almaq.

Oyun vaxtına oyundan əvvəl baş vermiş bütün hadisələr də daxil olunacaq. Beləliklə oyundan öncə baş vermiş hadisəyə görə hakim oyunçuya qırmızı vərəqə göstərə bilər. Buna baxmayaraq baş məşqçi oyun başlamadığından qırmızı vərəqə göstərilmiş oyunçunu əvəzləyə bilər.

Əvvəl necə idi: Heç kəs hələki oyundan əvvəl qırmızı vərəqə almayıb.

Təsiri: Oyunçular indi oyundan öncəki məşq zamanı və tunneldən çıxarkən daha ehtiyatlı olmalıdırlar.

         4. Oyunçunun topu oyuna daxil etməsinə maneəyə görə sərbəst zərbə təyin edilə bilər.

Əvvəl necə idi: Adətən yan xətdən topu oyuna daxiletmə zamanı rəqib oyunçu maneə olaraq istəyinə nail olurdu.

Təsiri: Adi aut indi daha təhlükəli olan sərbəst zərbəyə çevrilə bilər.

           5. Offsaydla bağlı sərbəst zərbə oyunçunun offsayda düşdüyü yerdə yox, topu qəbul etdiyi yerdə təyin olunacaq.

Əvvəl necə idi: Əvvəl zərbə topun offsayd xəttini keçdiyi nöqtədən təyin olunurdu.

Təsiri: Elə epizodlar olur ki, offsaydda olan oyunçu topu götürmək üçün geri çəkilir və bu zaman offsayd xəttini müəyyən etmək daha çətin olurdu. Bu səbəbdən sərbəst zərbə top qəbul edilən nöqtədən təyin ediləcək.

 

İFAB may ayında yeni oyun qaydlarının yazıldığı toplu nəşr etdirəcək və gözlənilir ki, bu dəfə qaydalar kitabı ötən ildəkilərdən iki dəfə daha nazik olacaq. Terminlər isə gender-neytral terminlərlə əvəz olunacaq. Bu səbəbdən misalçün “Laynsmen” sözü tarixə qovuşacaq.

Mənbə: sports.ru

103 baxış