“CANAVARLAR”DAN SONRA “YARASALAR”?

Sport.es portalının məlumatına görə bu mövsüm istədiyi nəticələri əldə edə bilməyən və çox zəif təsir bağışlayan “Valensiya” mövsüm sonunda məşqçi dəyişikliyinə əl atacaq.

Hari Nevilldən boşalacaq baş məşqçi postuna ən real namizəd isə Rudi Qarsiyadır.

La Liqanın 29-cu turunda baş tutan “Levante” – “Valensiya” matçında Rudi Qarsiya tribunalardan oyunu izləyib.

Qeyd edək ki, fransız mütəxəssis bu mövsüm ərzində “Roma” klubundan qovulmuşdu.

Qarsiya bundan öncə “Lill” komandasını Fransa çempionu edə bilmişdi.

67 baxış