FIFA PREZİDENTİ POSTUNA 5 NAMİZƏD

Sabah keçiriləcək FIFA-nın növbədənkənar konqresində FIFA prezidenti postunda Zepp Ballteri əvəzləyəcək şəxsin adına aydınlıq gələ bilər. Bu posta hazırda 5 namizəd göstərilir ki, bunlar Canni İnfantino,  Şeyx Salman Bin İbrahim  Əl-Xəlifə, Jerom Şampan, Tokyo Seksvale və Şəhzadə Əli Bin Əl-Hüseyindir. Bu namizədlərdən Canni İnfantino və Şeyx Salman Bin İbrahim Əl-Xəlifə favorit olaraq göstərilir. Gəlin 5 namizədlə tanış olaq.

Canni İnfantino

FIFA presidential candidate Gianni Infantino smiles during an interview with AFP on February 24, 2016 in Zurich. FIFA presidential favourites Gianni Infantino and Sheikh Salman bin Ebrahim Al-Khalifa embarked on a final scramble for votes ahead of the election to lead world football's scandal-tainted governing body. / AFP / FABRICE COFFRINI (Photo credit should read FABRICE COFFRINI/AFP/Getty Images)

Püşkatma mərasimlərindən yaxşı tanıdığımız İnfantino bu posta ən real və ən ideal namizəd hesab olunur. UEFA-nın hazırki baş katibi olan 45 yaşlı Canni İnfantino Avropanın idarəetmə orqanları tərəfindən bu posta namizəd olaraq irəli sürülüb. 2000-ci ildən UEFA-da çalışan, 2009-cu ildən etibarən UEFA-nın baş katibi, son dövrlər yaşanan Mişel Platini skandalında isə “fransızı” əvəz edən italiyalı İnfantino Avropa və Cənubi Amerika futboluna göstərdiyi xüsusi qayğı ilə seçilir ancaq qalib gəlməsi üçün ona KONKAKAF-dan səslər lazım olacaq.

Dəstəkləyənlər : UEFA, Cənubi Amerika Futbol Konfederasiyası, Şimali Sudan, Trinidad və Tobaqo, Mərkəzi Amerika Futbol Birliyi.

 

Şeyx Salman Bin İbrahim Əl-Xəlifə

 

Asiya Futbol Konfederasiyasının hazırki prezidenti Şeyx Salman Bin İbrahim Əl-Xəlifə söz verib ki, futbolun inkişafı üçün öz şəxsi büdcəsini səfərbər edəcək və FIFA prezidenti postundan heç bir gəlir əldə etməyəcək. 2011-ci ildə bir sıra insan haqqları qrupları tərəfindən, Asiyada bəzi idmançıların həbsində və anti-demokratik addımlarda günahlandırılan 50 yaşlı Şeyx Salman, bu ittihamları təkzib etmiş və çirkin yalan adlandırmışdır. Qeyd edək ki, o Bəhreyn Kralının doğmaca xalası oğludur.

Dəstəkləyənlər : Asiya Futbol Konfederasiyası, Afrika Futbol Konfederasiyası və UEFA-dan bir qrup dəstəkçi.

 

Şəhzadə Əli Bin Əl-Hüseyin

FIFA presidential contender Prince Ali bin al Hussein gestures during a press conference on February 11, 2016 at the Geneva press club. The FIFA presidential election, when a successor to the disgraced Sepp Blatter will be voted in as the head of world football's governing body, will take place in Zurich on February 26. / AFP / FABRICE COFFRINI (Photo credit should read FABRICE COFFRINI/AFP/Getty Images)

40 yaşlı Şəhzadə Əli Bin Əl-Hüseyin hazırda İordaniya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışır. 2011-2015-ci illərdə FIFA-nın Asiya üzrə vitse-prezidenti vəzifəsini tutub.

Dəstəkləyənlər : Liberiya, İraq, Fələstin, Misir, Malta və Asiya Futbol Konfederasiyasından bir qrup dəstəkçi.

 

Jerom Şampan

FIFA presidential contender Jerome Champagne of France smiles as he speaks to the press in Zurich on February 24, 2016. Champagne said he backs a move by rival Prince Ali bin al-Hussein to force FIFA to use transparent booths in the leadership vote on February 26. / AFP / FABRICE COFFRINI (Photo credit should read FABRICE COFFRINI/AFP/Getty Images)

FIFA-nın keçmiş prezidenti Zepp Blatterin uzun müddət müşaviri olmuş, 58 yaşlı fransız diplomat Jerom Şampan  2015-ci il seçkilərində də bu posta göz diksə də, minimum 5 assosiasiya tərəfindən dəstək ala bilmədiyi üçün namizədliyini geri götürmüşdü. Jerom uzun müddət FIFA-nın beynəlxalq əlaqələr şöbəsinin direktoru vəzifəsində çalışıb. Sabiq prezident Blatterdən fərqli olaraq bu posta gələcəyi təqdirdə, şəffaflıq və ən yüksək etik standartlar gətirəcəyinə söz verib.

Dəstəkləyənlər : Ən azı 8 adsız milli federasiya, bir sıra yüksək futbol qurumları və başda Pele olmaq bir çox məşhur, keçmiş futbolçular.

 

Tokyo Seksvale

Tokyo Sexwale (L), South African businessman and former politician, and Gianni Infantino, general secretary of the European soccer federation UEFA, both candidates for the presidency of world football's governing body FIFA, address the media in Cape Town on February 22, 2016, after visiting Robben Island, where Sexwale was imprisoned during the Apartheid regime with Nelson Mandela. / AFP / Rodger BOSCH (Photo credit should read RODGER BOSCH/AFP/Getty Images)

62 yaşlı Tokyo, keçmiş Cənubi Afrika prezidenti  Nelson Mandela hökümətini devirmək üçün ona qarşı sui-qəsddə və qiyamda ittiham olunaraq, həyatının 13 ilini həbsdə keçirmişdir. Tokyo 2010-cu il Futbol üzrə Dünya Çempionatının Cənubi Afrikada keçirləmisində əsas açar şəxslərdən biri olmuşdur. Bəzi mənbələrdə onun bu məqsədi üçün külli miqdarda rüşvət verdiyi söylənsə də, o bunlarını təkzib etmiş və boyun qaçırmışdır. Kömür mədənləri maqnatı və Cənubi Afrikada media maqnatı olan Tokyo eyni zamanda karate ustasıdır. O gəncliyindən indiyədək irqçiliyə qarşı apardığı mübarizə ilə bir çox Afrikalıların sevimlisinə çevrilmişdir.

Dəstəkləyənlər : Lesoto, Mozambik, Cənubi Afrika, Zimbabve. Afrika Futbol Konfederasiyası isə onu uyğun namizəd hesab etməyərək, əvəzində onun rəqibi Şeyx Salmanı dəstəkləyir.

Qeyd edək ki, səsvermədə 207 federasiya iştirak edəcək və onların hər birinin bir səs vermək hüququ var. Səsvermə prosseduru isə bu qaydada davam edir. Əgər bamizədlərdən biri həmin 207 səsin 2/3-ni, yəni 138-ni qazanacağı təqdirdə elə birinci mərhələdəcə seçkinin qalibi olur. Əgər namizədlərdən heç biri 138 səs toplaya bilməzsə, 2-ci mərhələ keçirilir və 104 səs toplayan namizəd qalib elan olunur. Bu dəfə də namizədlərdən heç biri 104 səs toplaya bilməyəcəyi təqdirdə isə 3-cü mərhələ keçirilir və ən çox səs toplayan namizəd qalib elan olunur.

Orxan İsmayılov

www.offisde.com.az

80 baxış