QIZIL BUTS YARIŞINDA GƏRGİN MÜBARİZƏ DAVAM EDİR

Avropa Qızıl Buts 2016 mükafatı uğrunda gərgin mübarizə davam edir.

Qeyd edək ki, bu mükfat əvvəllər hər il Avropada hər hansı bir ölkənin yüksək liqasında ən çox qol vuran futbolçuya təqdim olunurdu. Bu mükafatı qazananlar arasında 1987-88-ci il mövsümündə Türkiyə Super Liqasında “Qalatasaray”ın heyətində 39 qol vuran Tanju Çolak da var.

Bundan əlavə 1994-95 mövsümündə bu mükafata bədnam qonşularımzıdan 39 qolla Arsen Avetisyan, 1995-96 mövsümündə isə 40 qolla Gürcüstan Liqasından Zviad Endeladze sahib çıxıb.

1996-ci ildən etibarən isə mükafatın verilmə sistemi dəyişiklik edilmiş, Avropanın ən yaxşı 5 liqasında (Böyük beşlik – İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa) vurulan hər qola x2 əmsal, digər liqalarda vurulan qollara isə x1.5 əmsal təyin olunub. Beləcə, yeni sistemə görə daha çətin bir  liqada oynayan futbolçular, daha az qol vurarq mükafatı almaq hüqunu əldə edirlər. Hazırda isə Fransa Liqası ən çətin 5 liqa siyahısında öz yerini Portuqaliya Liqasına təhvil verib.

2016-cı il mövsümündə Qızıl Buts mükafatı uğrunda gedən mübarizədə isə İtaliyanın “Napoli” klubunun hücumçusu Qonzalo İquain vurduğu 24 qol x 2 = 48 xalla liderdir. 

1. Qonzalo İquain – “Napoli” (İtaliya) 24 x 2 = 48

2. Jonas Qoncalves “Benfika” (Portuqaliya) 23 x 2 = 46

3-4. Pier Emerik Obameyanq “Borussia” Dortmund (Almaniya) 20 x 2 = 40
         Luis Suarez “Barselona” (İspaniya) 20 x 2 = 40

5-6-7. Kərim Benzema “Real” Madrid” (İspaniya) 19 x 2 = 38
            Robert Levandovski “Bayern” Münxen” (Almaniya) 19 x 2 = 38
            Kristianu Ronaldo “Real” Madrid (İspaniya) 19 x 2 = 38

8-9. Ceymi Vardi “Lester Siti (İngiltərə) 18 x 2 = 36
       Eran Zahavi “Makkabi” Təl Əviv (İsrail) 24 x 1,5 = 36

10-11. Nemanya Nikoliç “Legiya” Varşava (Polşa) 22 x 1,5 = 33
          Aleks Teyşeyra “Şaxtyor” Donetsk (Ukrayna) 22 x 1,5 = 33

12-13-14. Romelu Lukaku “Everton” (İngiltərə) 16 x 2 = 32
               Neymar “Barcelona” (İspaniya) 16 x 2 = 32
               Islam Slimani “Sportinq” Lissabon (Portuqaliya) 16 x 2 = 32

15. Zlatan Ibrahimoviç “PSJ” (Fransa) 21 x 1,5 = 31,5

 

85 baxış