RONALDİNYO “BARSELONA”DA

Braziliya millisinin sabiq üzvü Ronaldinyo Ekvadorun “Barselona” klubu ilə anlaşıb. O, sözügedən klubla 1 oyunluq sözləşmə imzalayıb.

Bu da “Barselona”nın 91 illiyinə həsr olunmuş Perunun “Universidad San Martin de Porres” klubu ilə keçirəcəyi yoldaşlıq oyununa təsadüf edir. Həmin matçda Ronaldinyo 91 nömrəli forma ilə meydanda olacaq. Yayılan məlumata görə, yarımüdafiəçini razı salmaq üçün ona 200 min dollar ödənilib.

Qeyd edək ki, qarşılaşmanı 57 min tamaşaçısının izləməsi gözlənilir. “Ekvador “Barselona”sının bu oyundan 1,3 milyon dollar xeyir götürəcəyi bildirilir.

28 baxış