KƏPƏZ 3 : 0 QƏBƏLƏ (VİDEO)

Bu gün 14:00-dan etibarən Gəncə şəhər stadionunda start götürən “Kəpəz”-“Qəbələ” matçı gəncəlilərin 3:0 hesablı qələbəsi ilə başa çatdı.

Oyunun 26 və 75-ci dəqiqələrində rəqib torunu sirkəlməklə dubl edən “Kəpəz”in Kamerunlu legioneri Jülien Ebah qələbənin əsas memarlarından biri olub. Digər qolu isə 57-ci dəqiqədə “Qarabağ”dan “Kəpəz”ə keçən Namiq Ələsgərov debüt oyunundaca vurub.

Oyunun ikinci hissəsində “Qəbələ”nin heyətində meydana daxil olan “Kəpəz”dən “Qəbələyə” kemiş Rəşad Eyubov isə azarkeşlər tərəfindən fitə basılıb.

Oyunun sonlarında doğru “Qəbələ”nin futbolçuları Aleksey Antonov və Sergey Zenyov təsəlli qolunu vurmağa cəhd etsələr də, “Kəpəz”in qolkiperi Tadas Simaitis inamlı oyunu ilə buna imkan verməyib. Onun həmkarı Andrey Popoviç isə rəqibindən fərqli olaraq bu oyunda öz səhvləri ilə yadda qalıb.

 

36 baxış