SAMSUNSPORUN 20 YANVAR FACİƏSİ

Türkiyənin “Samsunspor” klubu bu gün klub tarixinin qan yaddaşına çevrilmiş 2o Yanvar faciəsini yad edir.
Klubu Türkiyə çempionatı çərçivəsində “Malatyaspor”la oynanacaq oyuna aparan avtobus 20 yanvar 1989-cu  ildə ağır qəzaya düşürək uçuruma yuvarlanıb və “Samsunspor”un üç oyunçusu, baş məşqçisi və sürücüsü həlak olub. Yaralılara ilk yardımı “Diyarbəkirspor”la oyuna gedən “Çərşənbəspor” klubunun oyunçuları etmişdir. “Çərşənbəspor” klubunun üzvləri onları bir-bir avtobusdan çıxarıb xəstəxanaya aparmış və qan vermişdirlər. 
Qəza nəticəsində baş məşqçi , futbolçu Müzaffər Badalıoğlu və Mete Adanır ilə sürücü Asim Özkan hadisə yerində ölmüşdürlər. Futbolçu Zoran Tomiç isə Yuqoslaviyada 6 ay komada qalandan sonra vəfat etmişdir. Xəlil Albayraq və futbolçular Emin Kar ilə Erol Dinlər ömürlük əlil qalmışdırlar. Burhaneddin Beadini isə yaralanmış və öz istəyi ilə futbolu buraxmışdır. Yüksəl Öğütən, Fatih Uraz, Şanver Göymen, Qasım Çıkla və Uğur Dərzi isə yaralanmış, amma futbol həyatlarını davam etdirmişdirlər. Qəzadan xilas olan Orxan Qılınc 1994-cü ildə başqa qəzada həlak olmuşdur.
Qəzanın ardından bir çox qurum və şəxs, həmin dövrün Türkiyə prezidenti Kənan Evren, baş nazir Turqut Özal, TBMM prezidenti İldırım Akbulud, Milli Təhsil Gənclik və İdman naziri Hasan Cəlal Gözəl, SHP katibi Erdal İnönü, DYP prezidenti Süleyman Dəmirəl və başqaları “Samsunspor”a başsağlığı vermişdir. 
Qəza nəticəsində “Samsunspor”  Türkiyə çempionatını davam etdirə bilməmiş və bütün oyunlarında 0:3 məğlub sayılmışdır. Amma TFF “Samsunspor”u liqada saxlayaraq “Şərəf çempionu” elan etmişdir. “Samsunspor” həmin mövsüm qəzada ölənlərin xatirəsinə qırmızı və ağ olan rənglərinə qaranı da əlavə etmişdir.
“Samsunspor”lu yazıçı Mehmet Yılmazın “Samsunspor: Qırmızı, ağ, qara” adlı kitabında 20 Yanvar faciəsi təsvir olunmuşdur.

www.offside.com.az

5. 574 baxış