QAN, TƏR, GÖZ YAŞI VƏ YA VENDELL LİRANIN HEKAYƏSİ

Sürixdə bir neçə gün öncə yekunlaşan tədbirdə bəlkə də hamı üçün qaranlıq qalan bir mükafatçı idi. Vendell Lira. Braziliya 4-cü divizionunda vurduğu fantastik qol ilin ən gözəl qolu üçün verilən “Ferents Puşkaş” mükafatına layiq görüldü.

27 yaşlı Lira bir gecə içində ulduz oldu. Mükafatlandırma mərasimindən sonra minlərlə zəng və sms, Instagram səhifəsindəki izləyənlərinin sayı 600-dən 90 minə çatması və onun vurduğa qola FIFA-nın Youtube səhifəsində 2 milyondan çox baxış.

Amma o qolu canlı cəmisi 389 nəfər görmüşdü. Braziliya 4-cü divizionunun 11 mart tarixində keçirilmiş “Qoyaneza” – “Atletiko Qoyanense” matçını məhz bu qədər adam izləməyə gəlmişdi.

Lira “Qoyas” klubunun ən istedadlı yetirmələrindən idi. Liranı hətta Braziliya U-20 komandasına belə dəvət edirdilər, hardakı o Pato ilə birgə oynayırdı. 2007-ci ildə isə o Braziliya gənclər çempionatında parladı və əvvəlcə “Santos”, sonra isə “Milan”ının diqqətinə cəlb edə bildi.

“Milan” oyunçuya görə 2.3 milyon avro təklif edirdi. Lakin “Qoyas” onunla yenicə 5 illik müqavilə bağlamışdı və onu bir neçə il sonra daha böyük məbləğə satmağı planlaşdırırdı.  “Milan” isə Liranı ala bilməyincə Patonu transfer etdi.

Növbəti mövsümdə Lira çarpaz bağlarını zədələdi və 10 aylıq müddətə sıradan çıxdı. Meydanlara geri dönən oyunçu əvvəlki formasını bərpa edə bilmədi və 2010-cu ildə “Fortaleza” klubuna icarəyə göndərildi. Yeni klubunda yenidən çarpaz bağlarını zədələyən oyunçu bütün mövsümü itirməli oldu. İki məliyyatdan sonra artıq əvvəlki formasını bərpa etmək çox çətin oldu.

2012-ci ildə “Qoyas”la olan müqaviləsi bitdikdən sonra Lira karyerasını bitirməyə qərar verdi və hətta kafedə ofisiant kimi işləməyə başladı. Lakin yaxınlarının və əsasən də xanımının dəstəyi ilə o yenidən futbola geri qayıtdı. Lira 3 il ərzində Qoyaniya və San-Paulu ştatlarının bir çox klublarında oynamağa vaxt tapdı.

БезымянныйSürixdəki mükafatlandırma mərasimində Lira daha bir arzusunu yerinə yetirdi və kumiri olduğu Kriştiano Ronaldo ilə görüşdü.

– Mən Ronaldonun fanatıyam. Mənim iki oyunçudan xoşum gəlir: Ronaldo və Marselo. Kriştiano ideal oyunçudur. Marselo isə çox məzəlidir, daim gülümsəyir, sanki heç zaman üzülmür.

Lira həmçinin “Qızıl Top”a namizədlərlə danışmağa imkan tapdı.

– Neymar çox mədəni və savadlıdır. Messi ilə çox da söhbət etmə imkanım olmadı. Kriştiano ilə söhbət etmə mənim üçün hədiyyə oldu. Mən Marselo ilə bir az tanış idim, o Kriştianonu çağırdı və biz birlikdə şəkil çəkdirdik. 

Dani Alves mənə qalib gələcəyim təqdirdə nitq söyləyərkən ağlamamağım üçün məsləhətlər verirdi. Amma mən yerimə geri qayıdanda göz yaşlarımı saxlaya bilmədim. Sadəcə hönkür-hönkür ağlayırdım. Bundan sonra Alves yenidən mənə yaxınlaşdı və biz bir az söhbət etdik.

 

 

75 baxış