ƏN QƏRİBƏ MƏŞQÇİ QADAĞALARI

Aleks Fergüson: bu gün rəngli butsi geyinən…

2010-cu ildə ser Aleks Fergüson ehtiyat oyunçuların yalnız qara rəngli butsi geyinmələrini tələb edən qərar qəbul etdi və onlar yalnız əsas heyətə düşmək üçün istənilən səviyyədə oyun göstərəndə  istədikləri rəng butsini seçə bilərdilər.

Devid Moyes: günah məndə deyil, çipslərdədir.

Aleks Fergüsondan postu təhvil alan Devid Moyes komandanın pis oyununda günahı özündə yox, oyundan bir gün əvvəl oyunçuların klub ənənəsinə sadiq qalaraq yağsız çips yemələrində görmüşdü. Bu ənənəyə qadağa oyunçular tərəfindən birmənalı qarşılanmamış, Rio Ferdinand isə bunu qeyripeəşkarlıq adlandırmışdı.

Raymon Domenek: ulduzlar deyir əqrəbdən yaxşı futbolçu çıxmaz.

Fransa yığmasında karyerasının bəlkə də ən pis dönəmini keçirən Domenek öz işinə qeyri-adi yanaşması və astrologiyaya bağlılığı ilə seçilirdi. Belə ki, bu bağlılıq Rober Piresin komandadan uzaqlaşdırılması ilə nəticələndi, səbəb isə onun əqrəb bürcündən olması idi. Bir qədər sonra isə artıq Domenekin özünü uzaqlaşdırdılar.

Xuande Ramos: məni aparmırsızsa siz də gedə bilməyəcksiz.

“Tottenhem Hotspur”un baş məşqçisi olan vaxtlarında Xuande Ramos oyunçuların oyundan sonra fast-food restoranında nahar etmə ənənəsinə qadağa qoymuşdu. Mahmızların (“Tottenhem Hotspur”un ləqəbi – red.) oyunçularına xoş olmayan bu qərar Xuande Ramosun getməsi ilə aradan qalxdı.

Nil Lennon: papaq isti soyuq üçün deyil, namus üçündür.

“Bolton”un hal-hazırkı baş məşqçisi Nil Lennon qış aylarında məşqdə oyunçularının papaq geyinmələri ilə bağlı qadağa qoymuşdu. O qeyd etmişdi ki: “Mən istəmirəm ki, oyunçularım papaqda məşq etsinlər, axı onlara oyun zamanı heç kim papaqla oynamağa icazə verməyəcək.”

Ciovanni Trappatoni: göbələk yemə, qarnın ağrıyar.

İrlandiya millisini çalışdırdığı vaxtlarda Trappatoni oyunçularına oyundan əvvəl qarnın ağrımasına səbəb olan göbələklərin yeyilməsinə qəti etirazını bildirmişdi.

Paolo di Kanio: bir-bir deyim yaz.

Heç də təəccüblü deyil ki, Paolo di Kanio “Sanderlend”in başında cəmisi 5 ay tab gətirə bildi. Onun komanda ilə işlədiyi vatxlarda müəyyən etdiyi və komandanı qələbəyə gətirəcək qadağalar siyahısı bunlar idi: yemək zamanı ketçup, qəhvə, mayonez, qazlı içkilər və buzdan istifadə etmək, mobil telefondan istifadə, anekdot danışmaq, şaiyə buraxmaq və hətta duşda oxumaq.

 

Mənbə: championat.com saytı

79 baxış