CERRARD KARYERASINI BİTƏRƏCƏYİ VAXTI DEYİB

“Liverpul”un eks yarımmüdafiəçisi və hal-hazırda “Los-Anceles Galaksi”də çıxış edən Stiven Cerrard karyerası haqqında açıqlama verib:

“100% əmin olmasamda, böyük ehtimalla bu il mənim karyeramda sonuncu il olacaq. Mən Kloppla danışmışam. Təklif olmasa da, klub mənim bu və ya digər formada qayıtmağıma etiraz etmir. Mən İngiltərəyə qayıtdıqdan sonra ekspert kimi işimi davam etdirmək istərdim, həmçinin klublarda staj keçərək məşqçilərdən təcrübə toplamaq istərdim.

Mən Noyabr-Dekarb-a yaxın bütün futbol icitimaiyyətinə planlarımı açıqlayacam. Ümid edirəm ki, o vaxta kimi mən məşqçilik lisenziyası ala biləcəm.”

 

26 baxış