PORTSMUT FUTBOL KLUBUNUN EMBLEMİNDƏ AY-ULDUZ ?

Hazırda İngiltərə ikinci liqasında mübarizə aparan “Portsmut” klubunun emblemindəki ay-ulduz yəqin ki, çoxlarınıza tanışdır və yəqin ki, bir vaxtlar Premyer Liqada mübarizə aparmış bir ingilis klubunun emblemindəki ay-ulduz marağınızı cəlb edib . “Portsmut” futbol klubunun əsası Osmanlı İmperatoru II Sultan Abdülhəmid tərəfindən qoyulub.” Bunu Anadolu xəbər agentliyinin tətqiqatçısı və müxbiri Osman Keleş iddia edir. Keleşin sözlərinə görə “Böyük Britaniya krallığı Osmanlı İmperatorluğunun son dövrlərində, kəşfiyyat məlumatları əldə etmək üçün  mədəniyyət və idman sahəsində Osmanlı imperatorluğu ilə sıx əlaqələr qurmuşdur”. 

“Fənərbaxça” və “Qalatasaray” kimi türk futbol klublarının yarandığı dövrlərdə ingilis klubları ilə gərgin rəqabət içərisində olması çoxlarınıza məlumdur. Hətta bir çoxunuz yəqin ki,  İstanbulun “Qalatasaray” klubunun qurucusu Ali Samiyenin söylədiyi “Hədəfimiz türk olmayan komandaları məğlub etməkdir” ifadəsi ilə də tanışsınız.

Böyük Britaniyanın kəşfiyyat xarakterli bu addımlarına cavab olaraq Sultan II Abdülhəmid isə Osmanlı kəşfiyyatının icra olunması üçün Böyük Britaniyada “Portsmut” klubunun qurulmasını maliyyələşdirmişdir. Keleş bu iddianı irəli sürməklə “Portsmut” klubunun əsl mahiyyətinin nədən ibarət olduğunu ilk dəfə işıqlandırılmış olduğunu bildirib. Osmanlı bu klubun imkanlarından ağılla istifadə etmiş və Böyük Britaniya bu əlaqənin əsl mahiyyətini heç vaxt anlamamışdır. Hətta “Portsmut” klubunu tərk edib digər klublarda oynamağa başlayan futbolçular belə öz kəşfiyyatçılıq fəaliyyətlərini davam etdirmişlər.

Keleş bildirir ki, “Portsmut” məsələnin yalnız birinci tərəfidi, digər tərəfi isə ondan ibarətdir ki, İrlandiya Premyer Liqasında mübarizə aparan “Droeda Yunayted” klubunun embelmində də ay-ulduza rast gələ bilərik.

Drogheda_United_FC.svg

 

 

 

 

 

 

 

 

Bundan öncəki İrlandiya prezidenti, xanım Mary McAleese Türkiyəyə səfəri zamanı bildirmişdi ki,  1847-ci ildə 1 milyondan çox İrlandın həyatını itirdiyi “Böyük Acılıq” dövründə Osmanlı İmperatorluğu Droeda limanına ərzaq ilə dolu 3 böyük gəmi göndərmişdi. Liman sakinləri onların bu yaxşılığını unutmamış və ay ulduzu şəhərin bayrağında əks etdirmişdilər. Həmin ay ulduzu Osmanlı İmperatorluğunun bu alicənablığını unutmayan Droeda şəhərinin futbol komandasının emblemində də  görə bilərik. Qeyd edək ki, klub Türkiyənin liman şəhərlərindən biri olan Trabzonu təmsil edən “Trabzonspor” klubu ilə qardaşlaşmış klubdur.

www.offside.com.az

Orxan İsmayılov

190 baxış