UEFA ÇEMPİONLAR LİQASI, QRUP MƏRHƏLƏSİ IV TUR (VİDEO-İCMAL)

Ötən gecə “UEFA Çempionlar Liqası”nın qrup mərhələsində IV tura, A, B, C və D qruplarında keçirilən 8 oyunla start verilib. İlk görüş günü birbirindən maraqlı matçlara yadda qalıb

“Astana” evdə güclü “Atletiko” Madridə məğlub olmadı, İstanbul təmsilçisi “Qalatasaray” oyunun son dəqiqəsində Yasin Öztekinin dəyərləndirə bilmədiyi qol epizodu ilə heçheç etmək imkanını əldən qaçıraraq Lissabondan məğlub ayrıldı, “Qladbax” qrupdakı heç bir oyunda güclü “Yuventus” qarşısında büdrəmədi, “Mançester Siti” səfərdə “Sevilya”nı, “Real” Madrid isə evdə “PSJ”-ni məğlub edərək, növbəti mərhələyə vəsiqələri artıq 4-cü turda təmin etmiş oldular, “Şaxtyor” “Malmö” üzərində böyük hesablı qələbə qazandı, “Mançester Yunayted” evdə “ÇSKA” Moskvanı, “PSV” isə evdə “Volfsburq”u məğlub etdi

Həmin görüşlərin video-icmalını Sizlərə təqdim edirik.

 

Benfika 2 – 1 Qalatasaray
Conas, 52, Luizao, 67 – Podolski, 58

Astana 0 – 0 Atletiko Madrid

 

Real Madrid 1 – 0 PSJ 
Naço, 35

Şaxtyor 4 – 0 Malmö
Qladki, 29, Srna, 48, Alves, 55, Teyşeyra, 73

 

Mançester Yunayted 1 – 0 CSKA Moskva
Runi, 79

PSV 2 – 0 Volfsburq
Lokadia, 56, de Yonq, 86

B.Münhenqladbax 1 – 1 Yuventus
Conson, 18 – Lixtştayner, 44

 

Sevilya 1 – 3 Mançester Siti
Tremulinas, 24 – Sterlinq, 8, Fernandinyo, 11, Boni, 36

17 baxış